Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə16/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   72
informatika muhazireler adau aze

Videoadapter 
- monitorun ekranda alınmış təsvirini formalaşdırmaq üçün istifadə 
olunur, mətn və qrafiki recimdə işləyir. 
Klaviatura
– kompüterə məlumatı daxil edən əsas xariji qurğulardan biri hesab 
olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və 
s.) daxil etmək mümkündür.
Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq 
və ekranda olan məlumatı printerə göndərmək mümkündür.
IBM PC fərdi kompüterlərində klaviaturadakı klavişləri bir neçə qrupa bölürlər:
- hərf-rəqəm klavişləri 
- xüsusi klavişlər (Esc, Tab, Enter və s.) 


21 
21 
- funksional klavişlər (F1, F2, F3, … F10) 
- kursorun yerini dəyişən xidməti klavişlər (Up, Down,
Left, Right, Home,...və s.) 
- reqistrləri bir-birləri ilə əvəzləyən xidməti klavişlər (Alt, Ctrl, Shift) 
Ümumiyyətlə klaviaturada 102/104 klaviş olur. 
Printer
– kompüterin xariji qurğusu olub, informasiyanı kağız üzərində çap etmək 
üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. 
Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap 
başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr 
şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin 
imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa 
bölünür: zərb ilə və zərbsiz çap qurğuları. 
Zərb
vasitəsilə çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək 
olar. Matris çap qurğularının başlığı 9, 18 və ya 24 iynədən ibarət olur. Çap başlığı ilə 
kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr 
hərəkətə gəlir rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap 
qurğulara misal olaraq lazer və şırnıqlı çap qurğularını misal çəkə bilərik. Lazer çap 
qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıjısı vasitəsilə yazılır. Şəkil lazer 
şüanın köməyi ilə əvvəljə aralıq məlumat daşıyıjısına yazılır (neqativ alınır) və daha sonra 
bu məlumat daşıyıjısının üst qatı quru paraşok (toz) ilə örtülür. Daha sonra ağ kağız bu 
barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız 
üzərinə hopur. Lazer çap qurğularının keyfiyyət əmsalı çox yüksəkdir. 1dyüm (25,4mm)
məsafədə 600 ÷ 1200 nöqtə yaza bilir. Dəqiqədə 4 -16 səhifə çap edə bilir. 
Şırnıqlı
printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap 
başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən 
mürəkkəbi kağız üzərinə püskürür. Şırnıqlı printerin qiyməti nisbətən ujuz olur. Rəngli çap 
etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə 300

720 nöqtə vura bilirlər. Çap sürəti 
dəqiqədə 4

10 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur. 
Lazer
printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşlu lakin keyfiyyətlidir. 
Printerin daxilində olan yarımkeçirijilərdən hazırlanmış silinlirik səth yüksək gərginlikli 
elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindirik səthin müəyyən hissələri 
lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsi 
ilə silindirin üzərinə səpilir. Lazer şüasının düşmədiyi, yəni elektirik yükünün qaldığı 
yerlərdə boya tozları silindirin səthinə yapışır və silindirin fırlanması nəticəsində kağız 
üzərinə hopur və lazımi təsvir alınır.Bu printerlərdə çapetmə sıxlığı 600-1200 dpi-dir. 
Fotodiod
printerlərdə lazer şüasının yerinə çoxlu sayda fotodiodlardan istifadə 
edilir. İşləmə prinsispi lazer printerlərlə oxşardır. 
Skaner
– fərdi kompüterin xariji qurğusu olub kağız üzərində olan mətn və şəkilli 
məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və 
maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə 


22 
22 
onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi 
kompüterlərə USB portu vasitəsi ilə qoşulur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin