Ы мцщазиря: информатика фяннинин предмети


Alqoritmin təsvir üsulları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə21/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   72
informatika muhazireler adau aze

Alqoritmin təsvir üsulları 
Alqoritmin əyani, yığcam və standart 
vasitələrlə təsviri onun kütləviliyini təmin edən əsas amildir. Alqoritmin 
təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır: 


42 
42 
- sözlə (nəqli) təsvir; 
-
sxemlə təsvir; 
-
alqoritmik dillə təsvir. 
Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icrası 
insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna 
bilər. 
Alqoritmin ən yığcam təsvir vasitəsi alqoritmik dildir. Bu üsul alqoritmin 
icrasının kompüter vasitəsilə yerinə yetirildiyi halda daha əlverişlidir. Çünki 
alqoritmik dildə təsvir olunan alqoritm həm də məsələnin ilkin proqramıdır. 
Lakin bu üsul mürəkkəb alqoritmlərin oxunub başa düşülməsini xeyli 
çətinləşdirir. Alqoritmin təsvirində ən geniş tətbiq edilən sxem üsuludur. Bu 
üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı 
şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur. 
Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya əksinə, bir mərhələ bir neçə 
blokda təsvir oluna bilər. Bloklar həndəsi fiqur şəklində ifadə olunur və bir-biri 
ilə şaquli, yaxud üfüqi xətlərlə birləşdirilir. Əgər xətlərin uclarında istiqaməti 
göstərən ox işarəsi yoxdursa, onda keçidin şaquli istiqamətdə yuxarıdan 
aşağıya, üfüqi istiqamətdə isə soldan sağa verildiyi qəbul olunmuşdur. lazım 
gəldikdə bloklar nömrələnir. Blokların qrafiki şəkildə ifadə olunması üçün 
Proqram Sənədlərinin Vahid Sistemi (PSVS) çərçivəsində standart qəbul 
olunmuşdur və bu aşağıdakı kimidir:


43 
43 
və s. Alqoritmin blok sxemini bütöv şəkildə qurmaq məsləhətdir, lakin 
lazım gəldikdə, blokları birləşdirən xətləri qırmaq mümkündür. Alqoritmin 
blok sxemlə təsvirində hər bir mərhələnin məzmunu, mərhələlərin icra 
ardıcıllığı, təkrarlanan hissələr ( dövrlər) aydın görünür. Mürəkkəb və böyük 
həcmli məsələlərin həlli zamanı blok sxemin tərtibi çox zəhmət və vaxt tələb 
edir. Belə hallarda alqoritmin hər bir bloku özündə bir neçə mərhələni əks 
etdirən ümumiləşdirilmiş blok şəklində təsvir olunur. Alqoritmin sonrakı 
dəqiqləşdirilməsi isə proqramlaşdırma mərhələsində yerinə yetirilir.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin