Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə24/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   72
informatika muhazireler adau aze

Prosedur proqramlaşdırma
- 40-cı ildə Con Fon Neyman tərəfindən təklif 
olunan kompüterin arxitekturasına əsaslanır və onun nəzəri modeli kimi “Tyurinq 
maşını” adlanan alqoritmik sistem götürülmüşdür. 
Prosedur proqramlaşdırma dilində proqramlar operatorlar ( təlimatlar) ardıcıllı-
ğından ibarətdir. Burada əsas operator, yaddaş sahəsinin məzmununu dəyişən 
mənsub etmə operatorudur. 
Prosedur dil aşağıdakı xüsusiyyətlərə görə xarakterizə olunur:
- yaddaşın idarə olunmasının vacibliyi, xüsusi dəyişənlərin təsviri; 
- simvolların emalı üçün imkanların məhdudluğu: 
- ciddi riyazi əsasın olmaması: 
- müasir kompüterdə yüksək səmərəliliklə reallaşdırılma. 
Prosedur dilin əsas təsnifat əlamətlərindən biri onun səviyyəsidir. Proqram-
laşdırma dilinin səviyyəsi onun konstruksiyasının semantik ölçüsü və onun proq-
ramçıya yönümü dərəcəsi ilə təyin olunur. Dilin proqramçıya yönümü nə qədər çox 
olsa, onda bu dilin səviyyəsi bir o qədər yüksək olur. Fərdi kompüterlərdə istifadə 
olunan proqramlaşdırma dillərini səviyyələri artma ardıcıllığı ilə aşağıdakı kimi 
xarakterizə olunur. 
İkilik dil bilavasitə maşın dilidir. Hazırda istifadə olunmur. 


50 
50 
Assembler dili
– maşın dilinə yaxın olub, maşın əmrlərinin simvolik 
formada təsvirini təmin edir. Bu dil proqramçıya əməliyyatların mnemonik 
kodlarından istifadə etməyə, yaddaşın xanalarına və sahələrinə ad verməyə imkan 
verir. 
Makroassembler dili
– Assembler dilinə makro vasitələr daxil edilməsi ilə 
alınan dildir. Dilin köməyi ilə proqramdakı operatorları parametrlərlə təsvir etmək 
mümkündür. Bu əməliyyatdan sonra proqramçı arqumentlə təmin olunmuş 
makroəmrlərdən istifadə edə bilər. 
Peşəkar sistem proqramçılar kompüterin bütün qurğularından istifadə etmək 
üçün Assembler və Makroassembler dillərini tətbiq edirlər. Bu dillərdən adətən 
sistem proqram təminatının tərkibinə daxil olan – drayver, utilit və s. 
proqramlarının yaradılmasında istifadə olunur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin