52
52
-
məntiqi natamamlığın
mümkünlüyü, çünki proqramda müəyyən məntiqi
münasibətləri əks etdirmək, həmçinin bütün nəticələrin düzgün alınması
mümkün deyil.
Məntiqi proqram prinsipcə çox da böyük olmayan sürətə malikdir. Belə ki,
hesablama əvvəlki addıma qayıtmaq şərti ilə axtarış, sınaq
və səhvlər üsulu ilə
həyata keçirilir.
Obyektyönlü proqramlaşdırma
– Proqramlaşdırmanın obyektyönlü üslubu
obyekt anlayışına əsaslanır, mənası isə “obyekt=verilənlər+prosedurlar” düsturu ilə
ifadə olunur. Hər bir obyekt özündə verilənlərin strukturunu birləşdirir və onlara
müraciət bu verilənlərin emalı proseduru ilə mümkündür ki, bu da metod adlanır.
Verilənlər və prosedurun bir obyektdə birləşməsi inkapsulyasiya adlanır.
Obyektlərin təsvirinə sinif xidmət edir. Sinif bu
sinfə aid olan obyektlərin
xassə və metodlarını təyin edir. Uyğun olaraq, istənilən
obyekt sinfin nüxsəsini
təyin edə bilir.
Obyektyönlü proqramlaşdırma dillərinə Smalltalk, C++, Object Pascal, Java
və s. aiddir.
Dostları ilə paylaş: