Ы мцщазиря: информатика фяннинин предмети


Turbo Pascal dilində proqramlaşdırma



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə27/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   72
informatika muhazireler adau aze

Turbo Pascal dilində proqramlaşdırma 
Pascal dili proqramlaşdırmanın əsas konsepsiyasını öyrətmə vasitəsi kimi 
yaransa da, sonralar tətbiqi məsələlərin həllində əlverişli bir vasitəyə çevrildi. Dilin 
sadəliyi, bütün struktur quruluşların əlverişli təsviri, proqramlaşdırma prosesinin 
sadələşdirilməsi və səmərəli obyekt modullarının olması bu dilin çox geniş 
yayılmasına səbəb olmuşdur. Pascal dili həm riyazi, həm də qeyri-riyazi 
məsələlərin həllində verilənlərin strukturu üçün çox güclü vasitələrə malikdir. 
Pascal dilinin geniş yayılması və ona tələbat, bu dil əsasında müasir 
proqramlaşdırma sistemlərinin yaradılmasına səbəb oldu. Bu vəzifəni Borland 
İnternational firması yerinə yetirdi. Yaradılan instrumental proqramlaşdırma 
sistemi dialoq rejimində proqram tərtib etməyə imkan verirdi. Bu sistemlər 
təkmilləşdirilərək, Turbo Pascal 7.0 və Borland Pascal Objects7.0 proqramlaşdırma 
sistemləri yaradıldı. 


53 
53 
Turbo Pascal sistemi İBM fərdi kompüterlərin Pascal dilinin genişlənmiş 
proqramlaşdırma dilindən, proqramların yazılması, sazlanması və işə salınması 
üçün mühitdən ibarətdir. 
Proqramlaşdırma dili əməliyyat sisteminin imkanlarından istifadə etməyə
overley struktur yaratmağa, daxiletmə - xaricetmənin təşkilinə, qrafiki təsvirlərin 
tərtibinə və s. imkan verən geniş modullar kitabxanasına malikdir. 
Proqramlaşdırma mühiti proqram mətnlərinin yaradılmasına, onların 
kompilyasiyasına, səhvlərin tapılmasına və onların operativ düzəldilməsinə, ayrı-
ayrı proqram hissələrindən proqramın yığılmasına, sazlanmasına və sazlanmış 
proqramı yerinə yetirməyə imkan verir. Paket həmçinin istifadəçiyə kömək üçün 
böyük həcmli arayış təqdim edir. 
Qeyd edək ki, Turbo Pascal7.0 ilə eyni zamanda WINDOWS mühitində 
istifadə etmək üçün nəzərdə tutulun Borland Pascal 7.0 sistemi yaradılmışdır. 
Amma WINDOWS mühitində bilavasitə Pascal dilinin istifadəsində çətinliklər 
olduğundan bu sistem az yayılıb. Bu səbəbdən Borland İnternational firması 
Borland Pascal-ın sonrakı təkmilləşdirilməsindən imtina edərək, Pascal dilinin 
bütün üstün cəhətlərini nəzərə almağa imkan verən DELPHİ sisteminin 
hazırlanmasına keçdi. Sistem WINDOWS mühiti üçün yaradılan tətbiqi 
proqramlarla əlaqədar yaranan bir çox çətinlikləri aradan qaldırmağa imkan verən 
vizual proqramlaşdırmaya əsaslanıb. Bu sistemdən effektiv istifadə etmək üçün 
Pascal dilinin xüsusiyyətləri dərindən öyrənilməlidir. 
İstənilən dil (azərbaycan, rus, ingilis və s.) simvollar, söz, söz birləşmələri və 
cümlələrdən ibarətdir. Proqramlaşdırma dillərində də buna analoji elementlər 
var. Bunlar simvollar, sözlər, ifadələr (söz birləşmələri) və operatorlardır ( 
cümlələr). 
Dilin simvollarından ixtiyari mətnin tərkibində istifadə olunur. Hər hansı 
dilin əlifbası sonlu sayda simvollar çoxluğudur. Dilin əlifbası aşağıdakı 
qruplara bölünür: 
-
A=dan Z-ə kimi böyük və kiçik latın hərfləri və “_” aşağıdan xətt simvolu; 


54 
54 
-
0-dan 9-a kimi onluq rəqəmlər; 
-
xüsusi simvollar: 

)
-







[

‘ 









-
xüsusi simvollar cütü (mürəkkəb simvollar): 
:= 
// 
<= 
>= 
(* 
*) 
(. 
.) 
-
böşluq simvolu “ “ 
-
idarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi) 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin