Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə38/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   72
informatika muhazireler adau aze

Plan: 
1.
 
String tipli sətirlər
2.
 
Yazılar 
3.
 
Çoxluq, çoxluqlar üzərində əməllər 
4.
 
Massivlər 
5.
 
Fayllar 
String tiplü sətirlər
Pascalda mətn sətirləri ilə işləmək üçün sətir tip nəşərdə tutulmuşdur. Sətir 
simvollardan ibarət bir ölçülü хüsusi növlü massivdir. Sətirlər təsvir və 
uzunluqlarının göstərilmə üsullarına görə iki tip sətirə
- String –sətrinə və
- Turbo –sətrinə ayrılırlırlar. 
Turbo sətrinə sıfır sonlu sətir, bəzən simvollar massivi də deyilir. String tipli 
dəyişən aşağıdakı üsullarla təsvir edilə bilər: 
var :string; 
və ya var :string[n]; 
Məsələn, 
var 
s1:string[10]; 
s2:string[128]; 
s2:string; 
Əgər sətir elan olunarkən sətirdəki simvolların sayı göstərilməyibsə, bu 
sətirdəki simvolların maksimal sayı sistem tərəfindən 255 qəbul olunur. 
Turbo – sətir tipli dəyişən 
var : array [0..n] of char; 
şəklində təsvir olunur. 
Sətir tipli verilənlər iki apastrof işarəsi arasında simvollar ardıcıllığı şəklində 
gösrətilir. 
Məsələn,
S2:=’Turbo Pascal’. 
Sətir tipli verilənləri emal etmək üçün Pascalda bir sıra funksiya və 
prosedurlar nəzərdə tutulmuşdur. 
- Copy(st: string, İndex, Count: integer): string; 
st sətirindən İndex mövqeyindən başlamaqla Count sayda simvolu köçürür. 
Nümunə: 
var st: string; Mt1,: string[10]; 
... 
st:= ’Azərbaycan Dövlət Aqrar Universiteti’; 
mt1:=Copy(st, 12, 6);
Nəticə: ’Dövlət’ olacaqdır. 
Pos (fraqment,st: string):byte;
st sətrinə fraqmentin daxil olub-olmamasını müəyyənləşdirir. Fraqment da-
xildirsə, funksiyanın başlanğıc qiyməti fraqmentin st sətrindəki başlanğıc mövqeyi-


74 
74 
nə bərabər olacaqdır, fraqmentin st sətrində yoxdursa, funksiya sıfır qiyməti ala-
caqdır. 
Nümunə: 
Length (’Azərbaycan’); {nəticə 10} 
-Concat(s_1, s_2,_n: string): string;
Bir neçə sətri birləşdirir. 
Nümunə: 
var st: string; Mt1, mt2,: string[18];
... 
mt1:= ’ Azərbaycan Dövlət’; 
mt2:= ’Aqrar Universiteti’; 
st:=concat(mt1,mt2); 
Nəticə: ’ Azərbaycan Dövlət Aqrar Universiteti’ olacaqdır. 
Prosedurlar: 
-Delete (st:string, İndex, count: integer); 
st sətindən, index mövqeyindən başlamaqla Count sayda simvol silir. 
İnsert (fraqment, st: string, index:integer); 
st sətrinə index mövqeyindən başlamaqla fraqment əlavə edir. 
str((ədəd, sətir) – tam və ya həqiqi ədədi sətir tipli təsvirə çevirir 
val( sətir,ədəd, kod) –sətir tipli ədədi ədədə çevirir.
Yazılar 
Yazı tipi- qeyri bircins strukturlu verilənlərin tipik nümayəndəsidir. 
Massiv, çoxluq və fayl öz tərkibinə eyni tip elementləri daxil etdiyi halda 
yazılar öz tərkibinə ixtiyari sayda müxtəlif tipli verilənləri ( sadə dəyişənlər, mas-
sivlər, çoxluqlar, yazılar, və fayllar) daxil edir. Yazıya daxil olan bu verilənlər 
yazının sahələri adlanır. Yazı tipinin təsvirində RECORD və END xidməti sözlə-
rindən istifadə edilir. Yazı tipinin ümumi yazılış forması aşağıdakı kimidir: 
Type 
= record S
1
:T
1
; S
2
:T
2
;…; S
n
:T
n
; end; 
Burada S
i
- yazı sahələrinin adları, T
i
yazı sahələrinin tipləridir. 
Yazı tipi təsvir edildikdən sonar bu tipin dəyişənləri və ya tipləşdirilmiş 
sabitləri verilə bilər. Yazı tipli sabitlərin təsvirində yazının bütün sahələrinin 
qiymətlərilə bərabər onların identifikatorları da göstərilir. Yazı tipli tipləşdirilmiş 
sahələrdən istifadə etməyə icazə verimir. Yazı sahələrinə müraciət bir-biri ilə nöqtə 
ilə ayrılan dəyişən və sahənin adının göstərilməsilə həyata keçirilir. Sahələrə müra-
ciətdə hər dəfə yazının adını tıkrar yazmamaq üçün With operatorundan istifadə 
olunur. 
Turbo Pascal-da sadə və variantlı yazılardan istifadə olunur. 
Sadə yazılar bir və ya bir neçə sahədən ibarətdir ki, hər bir sahənin adı və 
tipi onların təsvirində göstərilir. Bunu tələbələrin müvəffəqiyyətini əks etdirən yazı 
üzrə izah edə bilətik: sadə yazıda yalnız tələbənin bir semestrinin qiymətlərini 
yazmaq nəzərdə tutulursa, hər semestrin fənləri dəyişdiyindən bu yazıya bütün fən-
lər daxil edilməlidir. Bu isə lazımsız informasiyanın saxlanmasına gətirilir. Bundan 
başqa hər bir tələbə üçün yaddaşda bütün fənlər üçün yer ayrılır. Bu halda variantlı 
yazılardan istifadə etmək məqsədə uyğundur.


75 
75 
Bəzən proqramlarda yalniz bəzi sahələrinə görə bir-birindən fərqlənən bir 
necə “yazы”dan istifadə etmək lazim gəlir. Belə hallarda proqrami təşkil edən ope-
ratorlarin sayini azaltmaq, yaddaşa qənaət etmək, proqramin tərtib olunmasini 
sadələşdirmək, nəticədə proqrami daha oxunaqli etmək məksədilə bir necə adi 
(fiksatsiyali) “yazы” əvəzinə bir “variantlы” yazыdan istifadə etmək olar.
Variantlы“yazы” iki hissədən ibarət olur.
1)
Birinci hissə adi fiksatsiya “yazы”dan
2)
İkinci hissə secmə əlamətindən asli olaraq variant operatoru 
(case) vastəsilə secilən variantlar siyahisindan
Qeyd edək ki,variantli yazini təşkil edən fiksatsiyali (yənidəyişməz) hissə 
əvvəl, variantlar siyahisi isə sonra yazilmalidir. Başqa sozlə ,variantli “yazы”ya 
daxil olan case operatorundan sonra hec bir “yazы” sahəsi yazmaq olmaz.
Bunları tələbələrin müvəffəqiyyətini əks etdirən yazı üzrə izah edə biləрik: 
sadə yazıda yalnız tələbənin bir semestrinin qiymətlərini yazmaq nəzərdə tutulursa, 
hər semestrin fənləri dəyişdiyindən bu yazıya bütün fənlər daxil edilməlidir. Bu isə 
lazımsız informasiyanın saxlanmasına gətirilir. Bundan başqa hər bir tələbə üçün 
yaddaşda bütün fənlər üçün yer ayrılır. Bu halda variantlı yazılardan istifadə etmək 
məqsədə uyğundur. 
Variantlы yazыda sadə yazıda olduğu kimi bütün mümkün sahələr təsvir 
olunur. Amma yaddaşda cari halda lazım olan variant üçün yer ayrılır. Tələbənin 
soyadı, adı, atasının adı ünvanı yazının sadə hissəsi, semestr sahəsi isə variantlı 
sahəsidir ki, burada I və II semestrdə keçilən fənlər üçün ayrıca yer ayrılır. 
Çoxluq, çoxluqlar üzərində əməllər 
Çoxluq- Proqramlaşdırmada “Çoxluq” termini onun riyazi anlayışına uyğun 
olaraq istifadə olunur. Fərq ondadır ki, Turbo Pascal-da çoxluğun elementləri 
yalnız sıra tipi olmalıdır. Hər hansı çoxluğun elementləri bir tipdən olmalıdır ki, bu 
da baza tipi adlanır. Baza tipinin qiymətlərinin maksimal sayı onun gücü adlanır ki, 
bu da 256-nı aşa bilməz (0÷255). Buna görə çoxluğun baza tipi kimi Shortlnt, 
integer, longlnt, Word-dən istifadə etmək olmaz. Çoxluq tipini təyin etmək üçün 
set və of xidməti sözlərindən istifadə olunur, sonra bu çoxluğun elementləri 
göstərilir. 
Məs., Type
Alfa = set of ‘A’.. ‘Z’ ; { Böyük latın hərfləri çoxluğu} 
Number =set of ‘0’.. ‘9’; { ‘0’÷‘9’ –a kimi simvollar çoxluğu} 
Ten = set of 0.. 9; { 0÷9 –a kimi rəqəmlər çoxluğu} 
Çoxluq tipinin sabitlərinin hər bir komponenti, ya tipə uyğun ayrı sabit kimi, 
ya da bir-biri ilə “..” simvolları ilə ayrılan interval qiymətləri ilə təsvir olunur.
Çoxluqlar üçün aşağıdakı əməliyyatlar təyin olunub: 
*- çoxluqların kəsişməsi; 
+- çoxluqların birləşməsi; 
- çoxluqların fərqi; 
=- iki çoxluğun ekvivalentliyinin yoxlanması; 
<>- iki çoxluğun qeyri-ekvivalentliyinin yoxlanması; 


76 
76 
<=- B <=A nəticəsi doğrudursa, B çoxluğu A çoxluğunun alt çoxluğudur, 
əks halda yox. 
>= B>=A –nin nəticəsi doğrudursa, A çoxluğu B çoxluğunun alt 
çoxluğudur, əks halda yox. 
İN -X in A –nın nəticəsi doğrudursa, X çoxluğu A çoxluğunun elementidir, 
əks halda yox. 
Massivlər 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin