Ы мцщазиря: информатика фяннинин предмети


Mühazirə 13:MS Access verilənlər bazasının idarəetmə sistemləri



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə59/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   72
informatika muhazireler adau aze

Mühazirə 13:MS Access verilənlər bazasının idarəetmə sistemləri 
Plan: 
1. MS Access proqramının obyektləri 
2. 
MS Access proqramının menyu əmrləri, MS Access proqramının alətlər 
panelləri 
3. Verilənlər bazasının yaradılması, Verilənlər bazasının ustası 
4. Verilənlər bazasının açılması, bağlanması, sıxılması və bərpası 
MS Access proqramı məlumatları saxlamaq, axtarmaq və təqdim etmək 
imkanlarını verən aşağıdakı obyektlərdən ibarətdir: 
-
Cədvəllər (Tables) verilənlər bazalarının əsasını təşkil edir . Bütün məlumatlar 
bazalarda saxlanılır. MS Access proqramında çoxlu sayda cədvəllər yaratmaq olar. 
-
Formalar (Forms) məlumatların cədvəllərə daxil edilməsini və baxışını forma 
pəncərəsi vasitəsilə yerinə yetirmək üçün istıfadə olunur. Formalar məlumatları 
ekranda məhdud şəkildə əks etdirməklə, məlumatların həcmini azaltmaq və 
məlumatları ekranda tələb olunan şəkildə təsvir etmək imkanı verir. 
-
Hesabatlar (Repots) verilənlər bazalarındakı məlumatları çap məqsədilə sənəd 
çəklində əks etdirmək üçün istifadə olunur. 
-
Sorğular (Queries) verilənlər bazalarındakı məlumatların tapılıb əldə edilməsi 
vasitəsidir. MS Access proqramında sorğuların yaradılmasında nümunəyə görə 
sorğu adlanan üsuldan istifadə olunur. Sorğular vasitəsilə lazım olan məlumatları 
müxtəlif şərtlərə əsasən bir və ya bir neçə cədvəllərdən tapmaq olar.
-
Səhifələr (Pages) İnternet və ya İnternet şəbəkələri vasitəsilə MS Access və ya MS 
SQL Server verilənlər bazalarında saxlanılan verilənlərə baxmaq və onlarla 
işləmək üçün xüsusi Web səhifələrini hazırlayır. 
-
Makroslar ( Macros) tez –tez icra olunan əməliyyatların avtomatlaşdırılması 
məqsədini daşıyır. Hər makros bir və ya bir neçə makroəmrlərdən ibarət olur. 
Onların hər biri müəyyən əməliyyatı icra edə bilər, məs., formanı açır, hesabatı 
çapa göndərir və s.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin