Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə11/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   72
informatika muhazireler adau aze

 
 
Müasir EHM- lərin təsnifatı

1971-ji ildən mikroprosessorların yaradılması dördünjü nəsil maşınların yeni 
növünün – fərdi kompüterlərin yaranmasına imkan yaratdı. Fərdi kompüterlərin yaranması 
hesablama texnikası sahəsində böyük hadisəyə səbəb oldu və hesablama şəbəkələrinin 
yaranmasına təkan verdi. 
Müasir fərdi kompüterlərdə yüksək ifratlı böyük inteqral sxemlərin istifadəsi
portativ kompüterlərin yaranmasına səbəb olmuşdur. Ölçülərinə və çəkisinə görə bu 
kompüterlər çox kiçik formada olur. Portativ kompüterlərin özləri də “Laptop”, 
“Notebook”, “Polmtop” sinfinə bölünür. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, 
çəkisi 2,2

4,51kq olur. Ekranın ölçüsü 11,3 

15 dyüm ölçüsündə olur. 
Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar: 
1.
Mini - EHM (buraya fərdi kompüterlər də daxildir). 
2.
Meynfreym
3.
Superkompüterlər. 
Bu siniflərə daxil olan kompüterlər yalnız xariji ölçülərinə görə deyil, eyni zamanda 
funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin struktur 
sxemi aşağıdakı şəkildə göstərilmişdir. (şəkil 1.) 
Şəkildən göründüyü kimi kompüterin bütün hissələri bir-biri ilə sistem şini 
vasitəsilə birləşmişdir. Fərdi kompüterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. 
Prosessor hesab-məntiq qurğusundan və idarə qurğu-sundan ibarətdir. İdarə qurğusu
proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq 
qurğusu isə hesablama əməllərini yerinə yetirir. Jari vaxtda yerinə yetirilən proqramları 
və aralıq nətijələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan istifadə edirlər. Fərdi 
kompüterlərdə istifadə olunan xariji qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) 
kompüterə qoşmaq üçün kontrollerdən istifadə edirlər. 
Fərdi kompüterlərin arxitekturası 
Kompüterin arxitekturası dedikdə aparat proqram vasitələrinin ümumi prinsipləri və 
müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən 
xarakteristikaları başa düşülür. Kompüterin arxitekturası aparat və proqram vasitələri 
kompleksinin qurulması ilə bağlı bir çox amilləri nəzərə alan məsələləri əhatə edir. Bu 


15 
15 
amillərdən əsasları kompüterin qiyməti, tətbiqi sahəsi, funksional imkanları,istismarın 
asanlığı hesab olunur. 
Kompüterin arxitekturası isə kompüterin tərkib hissələrinin hansı qaydalarla 
qarşılıqlı əlaqələndirilməsini təyin edir. Tərkib hissələrinin təsviri isə yalnız bu qaydaların 
formalaşdırılması üçün tələb olunan səviyyədə verilir. əm də əlaqələrin hamısına yox, 
əsasən bu vasitələrdən istifadə olunması üçün lazım olanlarına baxılır. Məsələn, istifadəçi 
üçün kompüterin hansı elementlərdə qurulması, əmrlərin sxem və ya proqram vasitələrilə 
yerinə yetirilməsi əhəmiyyət kəsb eтмir. Əhəmiyyət kəsb edən məsələlər bunlardı: Kom-
püterin bu вə ya digər xüsusiyyətləri istifadəçiyə verilən imkanlarla necə əlaqəlidir, 
kompüterin tərkibinə daxil olan qurğuların xarakteristikaları bir-birilə necə əlaqələndirilir 
və bu xarakteristikalar kompüterin ümumi xarakteristikalarına necə təsir edir və s. Başqa 
sözlə, arxitektura kompüterin layihələndirilməsinin, qurulmasının və proqram təminatının 
ümumi problemlərini əks etdirir.
Koмpüterin arxitekturasında Fon Neyman prinsipi 
 
Nəsilin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterin arxitekturasında 
məşhur Amerika alimi Con Fon Neyman tərəfindən 40-cı illərdə təklif etdiyi prinsipləri 
əsas götürülür. Başqa sözlə desək indiki kompüter hələ ki, Neyman arxitekturası ilə 
qurulur. Fon Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır: 
1) Kompüter proqramla odarə olunan avtomatdır, yəni kompterin işləməsi üçün proqram 
lazımdır. Proqram bir tərəfdən kmpüterin işini idarə edir. Digər tərəfdən isə qoyulmuş 
məsələni həll edir. 
2) Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və 
xəttidir, yəni sözlər vector şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm 
proqram, həm də verilənlər saxlanılır. 
3) Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər 
kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər. 
4) Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. 
Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını 
proqram müəyyənləşdirir. 
Kompüter texnikasının inkişaf mərhələlrində Neyman arxitekturası xeyli 
təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə 


16 
16 
istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında 
qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkil olunan arxitekturaya gətirib çıxardır.(шякил 2) 
ŞƏKİL 2 
EHM-lərin qurulmasında informasiyanın məntiqi əsasları. 
 
Kompüterin ümumiləşdirilmiş məntiqi struktura malikdir. (шякил 3) Neyman arxi-
tekturalı hər bir kompüter iki hissədən –mərkəzi və periferiya (xarici)-dan ibarət olur. 
Mərkəzi hissə hesab məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili 
yaddaş qurğusundan (DVQ) ibarətdir. Müasir kompüterdə HMQ və İQ prosessor adlanan 
bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə və 
xaric etmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Köhnə kompüterdə (I vəII nəsil) 
mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu 
isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun 
quraşdırmağa imkan vermirdi. Müasir kompüterdə mərkəzi hissə ilə periferiya hissəsi 
sisteminterfeysi adlanan aparat proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya 
qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.
Hesablama və 
məntiqi
imkanları 
Kompüterlərin 
Apparat vasitələri 
Proqram vasitələri 
Əmrlər sistemi 
Verilənlərin formatı 
İşləmə sürəti 
K-in strukturu 
İdarəetmə prinsipləri 
Yaddaşın təşkili 
Giriş-çıxışın təşkili 
Əməliyyat 
Proqramlaşdırma 
dilləri 
Tətbiqi proqram 
təminatı 


17 
17 
 
Шякил 3. 
Fərdi kompüterlərin əsas və əlavə qurğuları. 
Fərdi kompüter konstruktiv olaraq sistem blokundan, klaviaturadan, “maus”-dan, 
monitordan ibarət olur.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin