42
42
- sözlə (nəqli) təsvir;
-
sxemlə təsvir;
-
alqoritmik dillə təsvir.
Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icrası
insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna
bilər.
Alqoritmin ən yığcam təsvir vasitəsi alqoritmik dildir.
Bu üsul alqoritmin
icrasının kompüter vasitəsilə yerinə yetirildiyi halda daha əlverişlidir. Çünki
alqoritmik dildə təsvir olunan alqoritm həm də məsələnin ilkin proqramıdır.
Lakin bu üsul mürəkkəb alqoritmlərin oxunub
başa düşülməsini xeyli
çətinləşdirir. Alqoritmin təsvirində ən geniş tətbiq edilən sxem üsuludur. Bu
üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı
şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur.
Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya əksinə, bir mərhələ bir neçə
blokda təsvir oluna bilər. Bloklar həndəsi fiqur şəklində ifadə olunur və bir-biri
ilə şaquli, yaxud üfüqi xətlərlə birləşdirilir. Əgər xətlərin uclarında
istiqaməti
göstərən ox işarəsi yoxdursa, onda keçidin şaquli istiqamətdə yuxarıdan
aşağıya, üfüqi istiqamətdə isə soldan sağa verildiyi qəbul olunmuşdur. lazım
gəldikdə bloklar nömrələnir. Blokların qrafiki şəkildə ifadə olunması üçün
Proqram Sənədlərinin Vahid Sistemi (PSVS)
çərçivəsində standart qəbul
olunmuşdur və bu aşağıdakı kimidir:
43
43
və s. Alqoritmin blok sxemini bütöv şəkildə qurmaq məsləhətdir,
lakin
lazım gəldikdə, blokları birləşdirən xətləri qırmaq mümkündür. Alqoritmin
blok sxemlə təsvirində
hər bir mərhələnin məzmunu, mərhələlərin icra
ardıcıllığı, təkrarlanan hissələr ( dövrlər) aydın görünür. Mürəkkəb və böyük
həcmli məsələlərin həlli zamanı blok sxemin tərtibi çox zəhmət və vaxt tələb
edir. Belə hallarda alqoritmin hər bir bloku özündə bir neçə
mərhələni əks
etdirən ümumiləşdirilmiş blok şəklində təsvir olunur. Alqoritmin sonrakı
dəqiqləşdirilməsi isə proqramlaşdırma mərhələsində yerinə yetirilir.
Dostları ilə paylaş: