56
56
Əgər sətirdə bir neçə idarəedici simvollar olarsa, bunlar arasında ayırıcı
olmamalıdır.
Şərhlər. Şərh { , } və ya (* , *) simvolları arasında olan proqramın mətninin
fraqmentidir ki, kompilyator tərəfinfən nəzərə alınmır. Qeyd etmək lazımdır ki,
əgər şərhdə birinci simvol dollar olarsa, onda bu kompilyatorun direktivi
adlanır.
{$N+}, (*$R-*), {$: MyFile.pas}
Ayrıcılar. Turbo Pascal- da ayırıcı kimi aşağıdakı simvollardan istifadə
olunur:
-
boşluq, tabulyasiya, növbəti sətrin başlanğıcına keçməyi göstərən mürəkkəb
simvol (“karetkanın qayıtması” və “sətrə keçid”)
Turbo Pascalda bunlardan başqa ASCII –nin 0 ilə 31 kodu arasındakı idarəedici
simvollardan da ayırıcı kimi istifadə olunur.
Verilənlərin tipləri dedikdə verilənlərin mümkün qiymətlər çoxluğu və
bunlar üzərində əməllər nəzərdə tutulur.
Tiplərin təsnifatı. Pascal dilində tiplər çoxluğunu iki qrupa bölmək olar:
-
standart tiplər;
-
istifadəçi tərəfindən təyin olunmuş tiplər(istifadəçi tipləri)
Standart
tiplərin adları əvvəldən təyin olunmuş identifikatorlardır və
proqramın ixtiyari yerində iştirak edə bilər. Bu tiplər standart system
modulunda təsvir olunur.
Dostları ilə paylaş: