Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə34/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   72
informatika muhazireler adau aze

Sadə operatorlar.
Öz daxilində digər operatorları saxlamayan operatorlar sadə 
operatorlar adlanır. Sadə operatorlara aşağıdakılar aiddir: 
mənsubetmə operatoru
prosedura müracıət; 
şərtsiz keçid operatoru; 
boş operator. 


64 
64 
Mənsubetmə operatoru.
Bu operatorun köməyilə dəyişən və ya funksiyaya 
ifadənin qiyməti mənsub edilir. Bu məqsədlə := işarəsindən istifadə edilir. 
Operatorun ümumi yazılış forması aşağıdakı kimidir:
D:=A;
Burada D – 
funksiya və ya dəyişənin adı, A isə ifadədir. Operator A ifadəsinin qiymətini 
hesablayaraq, D-yə mənimsədir. 
Prosedura müraciət.
Prosedura müraciət operatorunun ümumi yazılış forması 
aşağıdakı kimidir:
prosedurun adı(faktiki parametrlərin siyahısı); 
Qeyd etmək lazımdır ki, parametrsiz prosedur operatoru yalnız prosedurun 
adından ibarət olur. Operatorun yerinə yetirilməsi prosedur gövdəsində təsvir 
edilmiş əməllərin aktivləşdirilməsinə səbəb olur. Operatorda göstərilən faktiki 
parametrlər, prosedur başlığında təsvir olunan formal parametrlərin tipinə, sayıma 
və yerləşmə ardıcıllığına uyğun olmalıdır. Prosedur gövdəsinin aktivləşməsindən 
əvvəl isə faktiki parametrlər formal parametrlərə ötürülür.
Şərtsiz keçid operatoru
Proqramlaşdırmada bəzi hallarda operatorun yerinə 
yetirilməsi ardıcıllığının dəyişdirilməsi lazım gəlir. Bunun üçün goto şərtsiz keçid 
operatoru mövcuddur ki, onun yazılışı aşağıdakı kimidir:
goto nişan;
Bu 
operatorun köməyilə idarəni prosedur və funksiyanın daxilinə və ya xaricinə 
ötürmək olmaz. Turbo Pascalda istifadə olunan nişanın 0÷9999 intervalında tam 
ədəd və adi identifikator tipi var. bütün nişanlar Label xidməti sözü ilə başlayan 
nişanın təsvir bölməsində göstərilməlidir. Məs., Label 5, 6, a; 
Qeyd etmək lazımdır ki, goto operatoru struktur proqramlaşdırmanın 
əksinədir və ondan proqramlaşdırmada istifadə edilməsi məsləhət görülmür. Bunu 
nəzərə alaraq, goto operatorunun tez-tez istifadə edildiyi hallar üçün Turbo Pascala 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin