123
123
bazasının idarəetmə sistemləri (VBİS) deyilir. Bazanın idarəetsə sistemləri
yaradılarkən baza ilə idarəetmə sistemi arasında dinamik əlaqə olmalı, lakin
bunlardan birinin dəyişməsi digərinn dəyişdirilmə tələbini doğurmamalıdır.
İdarəetmə sistemi istifadə, tətbiq vaxtından sadə və mütəhərrik olmalı, ayrı-ayrı
əmrlərdən, funksiyalardan ibarət olmalıdır. İdarəetmə sistemləri müxtəlif təyinatlı
bazalarda, bazalar isə müxtəlif sistemlərlə işləmə qabiliyyətinə malik olmalıdır.
VBİS -lər cədvəldəki məlumatları hər hansı əlamətlərə görə çeşidləməyə,
qruplaşdırmağa və seçməyə imkan verir.
Excel vasitəsilə cədvəllər tərtib olunarkən bir sıra sadə qaydalara riayyət
olunarsa, Excel-də VBİS –lərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilər.
Bu qaydalar aşağıdakılardır:
Cədvəlin hər bir sütununun başlığı olmalıdır;
Hər bir sütunda eyni tipli məlumatlar olmalıdır;
Başlığı digər sətirlərdən boş sətir və ya qırıq-qırıq xətlə ayırmaq
məsləhət görülmür;
Sütunu aralıq ilə başlamaq məsləhət görülmür. Bu çeşidləmə və
axtarış zamanı çətinlik yaradır.
Qeyd edək ki, verilənlər bazasında cədvəllərin sətirləri yazı, sütunları sahə
adlanır. Bazanın hər bir sətrindəki elementlərə müraciət bir yazıya müraciət kimi
qəbul olunur. Əgər elementdə və ya yazıda dəyişiklik etmək lazım gələrsə xüsusi
əlamətə və ya tipə görə o sağrılır və əməliyyat yerinə yetirilir.
Verilənlər bazasına tələblərinə cavab verən cədvəlləri yaradılması Dannıe
menyusunun Forma əmri vasitəsilə aşağıdakı qaydada tərtib etmək olar:
1.
Cədvəlin sütunlarının başlıqlarının yazıldığı sətir tərtib olunur.
2.
Bu sətir qeyd olunur. Sonra
Dostları ilə paylaş: