Verilənlər bazasının açılması Kompüterin xarici yaddaşlarında saxlanılan, faylları açmaq üsulları
aşağıdakılardır:
1.
Proqramın baş pəncərəsinin tapşırıqlar panelindən More files ( Çox fayl)
əmrini seçməklə;
2.
File menyusundan Open əmrini seçməklə;
3.
Ctrl+O klaviatura düymələri ilə;
Open düyməsi ilə verilənlər bazası fayllarını dörd variantda açmaq olar:
-
Open əmri seçilmiş verilənlər bazası faylının bütün istifadəçilər tərəfindən
normal olaraq açılmasını yerinə yetirir;
-
Open Read-Onlu ( Yalnız oxumaq üçün aç) verilənlər bazası faylının hamı
tərəfindən yalnız oxunma rejimində açılmasını yerinə yetirir;
-
Open Exclusive Read Onlu ( yalnız oxumaq üçün xüsusi aç) Faylın bir
istifadəçi tərəfindən ( şifrə ilə) yalnız oxunma rejimində açılmasını təmin
edir.
Faylın bağlanması Açıq olan verilənlər bazası faylını bağlamaq üsulları aşağıdakılardır:
-
File menyusundan Close əmri;
-
Ctrl+W klaviatura düyməlri ilə;
-
verilənlər bazası pəncərəsinin sağ yuxarı küncündən X düyməsini sıxmaqla.
138
138
Faylların silinməsi
Bu əməliyyatı LOpen pəncərəsindən Tools ( alətlər) düyməsini sıxdıqda açılan
siyahıdan Delete ( sil) əmri ilə və ya Windows Explorer pəncəsindən icra etmək
olar.
Faylın sıxılması və bərpası Verilənlər bazasınına gündəlik daxil edilən məlumatlar faylın ölçüsünü daim
artırır. Buna görə də vaxtaaşırı verilənlər bazasının cıxılması vacib sayılır. Bu
əməliyyatı icra etmək üçün fayl açıldıqdan sonra Tools ( alətlər) menyusundan
Database Utilites ( Verilənlər bazasının xidməti proqramları) alt menyusundan
Compact and Repair Database ( verilənlər bazasını sıx və bərpa et) əmri
seçilməlidir.
Fayllara şifrə verilməsi
Verilənlər bazası faylının istifadəçi tərədindən açılmasına və dəyişdirilməsinə
qadağa qoymaq üçün ona şifrə verilir. Fayla şifrə vermək üçün fayl Open
Exclusive ( xüsusi aç) rejimindən açılmalıdır. Sonra Tools (Alətlər)
menyusundan Securite ( mühafizə) və Set Database Password ( verilənlər
bazasına şifrə ver) əmri seçilir.
Şifrə daxil edildiyi andan sonra fayl yalnız şifrəni bilən istifadəçi tərəfindən
açıla bilər. Şifrəni ləğv etmək üçün fayl Open Exclusive ( xüsusi aç) rejimində
açılır. Tools (alətlər) menyusundan Seurite ( mühafizə) və Unset Database
Password ( verilənlər bazası şifrəsini ləğv et) əmri seçilir və faylən şifrəsi
silinərək ok düyməsi sıxılır.
Əvvəlki versiyalarda hazırlanmış MS Access fayllarının yeni versiyalara
çevrilməsi
İndiyə qədər Microsoft firması tərəfindən Access proqramının müxtəlif
versiyaları yaradılmışdır. Bu proqramın istifadəçilər tərəfindən geniş istifadə
olunmasının səbəblərindən biri əvvəlki versiyalarda hazırlanmış faylların hər
yeni versiya tərəfindən asanlıqla oxunaraq yeni formata çevirmək və ya köhnə
versiyalarda saxlanılaraq işləmək imkanının olmasıdır. Başqa sözlə , məs.,
Access 97 versiyasında yaradılan verilənlər bazası faylını Access 2000 və ya
139
139
Access 2002 versiyalarına çevirmək olar. Əvvəlki versiyalarda hazırlanmış
faylları yeni versiyalara iki üsulla çevirmək olar:
1.
Birinci üsulda Open pəncərəsindən seçilən fayl, əgər köhnə versiyada
hazırlanmışdırsa, MS Access bu barədə xəbərdarlıq pəncərəsini açaraq faylı
açılış şəklinin seçilməsini gözləyir. Əgər fayl şəbəkədə paylaşan fayl
deyilsə, onda yeni formata çevrilməsi üçün Convert Database ( verilənlər
bazasını çevir) düyməsi və ok sıxılır. Bu andan sonra faylı əvvəkli versiyada
istifadə etmək olmaz. Əgər fayl şəbəkədə paylaşan fayldırsa, onda Open
database ( verilənlər bazasını aç) əmri ilə onun versiyasını dəyişmədən öz
versiyasında açmaq mümkündür.
2.
İkinci üsul ilə isə bu əməliyyatı icra etmək üçün öncə açıq olan verilənlər
bazası faylı bağlanır. Pəncərənin boş vəziyyətində Tools (Alətlər)
menyusunun Database Utilities ( verilənlər bazasının xidməti proqramları)
alt menyusundan, Convert Database ( verilənlər bazasını çevir) əmri seçilir
və açılan siyahıdan çevirmək istədiyimiz versiyanın adı seçilir.
3.
Açılan Convert Database İnto (Verilənlər bazasını çevir) dialoq
pəncərəsindən versiyası dəyişdiriləcək faylın adı seçilir.
4.
Fayla yeni ad verilir və Save düyməsi sıxılır. Bu zaman köhnə versiyadakı
fayl da yadda saxlanılır. Qeyd etmək lazımdır ki, bu əməliyyatı eyni qayda
ilə tərsinə də yerinə yetirmək olar.
140
140
MÜHAZİRƏ 21: KOMPÜTER ŞƏBƏKƏLƏRİ
Plan:
1. Kompüter şəbəkələri.
2.
Lokal şəbəkələr
3. Lokal şəbəkələrdə istifadə olunan kabellər
4. Qlobal şəbəkələr
5. Korparativ şəbəkələr.