I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması


Mədəniyyətşünaslığın elm kimi formalaşması



Yüklə 177,36 Kb.
səhifə2/49
tarix01.01.2022
ölçüsü177,36 Kb.
#105490
1   2   3   4   5   6   7   8   9   ...   49
Mədəniyyətşünaslığın elm kimi formalaşması. Müasir humanitar elmlərdə “mədəniyyət” anlayışı fundamental bölməyə daxildir. Çoxsaylı elmi kateqoriya və terminlərin içərisində mədəniyyət məfhumu kimi ikinci bir anlayış tapılmaz ki, bu qədər məna çalarlarına malik olsun və müxtəlif kontekslərdə istifadə olunsun. Bu da təsadüfi deyil. Belə ki, mədəniyyət bir sıra elmi fənlərin predmeti kimi çıxış edir və bu fənlərin də hər biri mədəniyyətə özünəməxsus təyinat şamil edir. Eyni zamanda hər bir elm sahəsi öz predmetini tədqiq edən zaman mədəniyyətin bir tərəfini, hissəsini ayırır, ona (mədəniyyətə) öz metod və üsulları ilə yanaşır.

Mədəniyyət fenomeninə elmi mənanın verilməsi tarixi uzaq deyil. İlk belə cəhd XVII əsr ingilis filosofu T.Hobbs və alman hüquqşünası Samuel fon Pufendorf tərəfindən göstərilib. Onların fikrincə, insan iki − inkişafının aşağı səviyyəsi olan təbii (burada yaradıcılıq passivdir) və inkişafının ali səviyyəsi olan mədəni (burada yaradıcılıq məhsuldardır) vəziyyətdə ola bilər.

Mədəniyyət haqqında təlim XVIII-XIX əsrlərin qovşağında alman maarifçisi İ.Herderin fəaliyyətində inkiaf etməyə başladı. O, mədəniyyəti tarixi aspektdə nəzərdən keçirirdi. Onun fikrincə, mədəniyyətin inkişafı tarixi prosesin məzmun və mənasını təşkil edir. Mədəniyyət insanın mövcud qüvvəsinin aşkara çıxarır və bu müxtəlif xalqlarda əhəmiyyətli dərəcədə müxtəlifdir. Ona görə də real həyatda mədəniyyətin inkişafında müxtəlif mərhələlər və dövrlər müşahidə olunur. Həmin dövrdə belə bir fikir də möhkəmlənmişdir ki, mədəniyyətin nüvəsini insanın mənəvi həyatı, mənəvi bacarıqları təşkil edir. Bu mövqe uzun müddət qorunub saxlanılmışdır.

XIX əsrin sonu – XX əsrin əvvəllərində mədəni problemlərin təhlili bu vaxtadək olduğu kimi ikinci dərəcəli deyil, əsas məsələ oldu. Bu daha çox Avropa mədəniyyətinin böhranı, onun səbəbi və həmin səbəblərin aradan qaldırılma yollarının axtarışı ilə əlaqədar idi. Nəticədə filosof və alimlər inteqrativ elm olan mədəniyyətin zəruriliyini dərk etdilər. Müxtəlif xalqların mədəniyyət tarixi haqqında çoxsaylı və cürbəcür məlumatları, sosial qrup və şəxsiyyətlərin münasibətləri, davranış, təfəkkür, incəsənət üsullarını toplamaq, sistemləşdirmək də əhəmiyyət kəsb etdi.

Elə bu, mədəniyyətşünaslığın müstəqil elm kimi meydana gəlməsi üçün əsas oldu. “Kulturologiya” termini də elə o vaxt yarandı. İlk dəfə bu termini 1915-ci ildə alman alimi Vilhelm Fridrix Ostvald “Elmlərin sistemi” adlı əsərində istifadə etmişdi, lakin o zaman həmin termin geniş vüsət tapmadı. Terminin geniş vüsət alması sonradan baş verdi və amerikan mədəni antropoloqu Lesli Aylin Uaytın adı ilə bağlıdır. O, “Mədəniyyət haqqında elm” (1949), “Mədəniyyətin təkamülü” (1959), “Mədəniyyət anlayışı” (1973) əsərlərində mədəniyyət haqqındakı biliklərin seçərək ayrıca bir elm kimi əsaslandırılmasının zəruriliyindən bəhs edirdi. O, mədəniyyətin ümumnəzəri əsaslarını, tədqiqat predmetini ayırdı. Məsələn, o, qeyd edirdi ki, əgər psixologiya insan orqanizminin xarici amillərə reaksiyasını, sosiologiya isə fərd və cəmiyyətin qarşılıqlı münasibətini öyrənirsə, mədəniyyətin predmeti adət, ənənə, ideologiya kimi mədəni hadisələrin qarşılıqlı əlaqələrinin dərki olmalıdır. O, mədəniyyətşünaslığın böyük gələcəyi olacağını qeyd edərək göstərirdi ki, o (mədəniyyətşünaslıq), insan və aləmin dərk olunmasında yeni, keyfiyyətcə daha yüksək pillədir. Məhz buna görə kulturologiya məfhumu Uaytın adı ilə bağlanır.


Yüklə 177,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin