I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması


II Mədəniyyətşünaslığın predmeti və obyekti



Yüklə 177,36 Kb.
səhifə3/49
tarix01.01.2022
ölçüsü177,36 Kb.
#105490
1   2   3   4   5   6   7   8   9   ...   49
II

Mədəniyyətşünaslığın predmeti və obyekti. Bir elm kimi mədəniyyətşünaslıq mədəni prosesin qanunauyğunluqlarını, maddi və mənəvi abidələri, eləcə də, insanların maraq və tələbatlarını, mədəni dəyərlərin qorunması, çoxaldılması və ötürülməsində iştirakını öyrənir.

Mədəniyyətşünaslığın predmeti (yanaşmalardan asılı olaraq) onun bir elm kimi təşəkkülü mərhələlərində müxtəlif cür qəbul edilib. Mədəniyyətşünaslığın predmetinə aşağıdakılar daxildir:

a) mədəniyyətşünaslıq − mədəniyyətin məzmunu, strukturu və dinamikasını, onun mənşəyini, mədəni dəyərlərin seçimi və ötürülməsini öyrənir (A.Y.Fliyer);

b) mədəniyyətşünaslıq − semiotik sistemləri: işarə, simvol, incəsənət dilini və insan yaradıcılığının bütün sahələrini öyrənir (Y.Lotman, A.Karmin);

c) mədəniyyətşünaslıq − mədəniyyəti insan həyatının mənasından çıxış edərək yaradıcı özünüreallaşdırmanın universal üsulunu öyrənir.

Mədəniyyətə çoxsaylı yanaşmalar vardır. Məsələn, antropoloji anlamda hər-hansı mədəniyyət ayrıca bir insan, yaxud cəmiyyətin həyat tərzidir. O, unikal və təkrarolunmazdır. Belə yanaşmaya görə:

-mədəniyyət – bəşəriyyətin mövcudluq üsuludur;

-mədəniyyət – bəşəriyyətin yaratdığı hər bir şeydir;

-mədəniyyət – ümumi həyat tərzidir, insanın öz təbii mühitinə və iqtisadi tələbatlarına uyğunlaşması üsuludur.

Mədəniyyətin sosioloji anlamında cəmiyyətin inkişafını müəyyənləşdirən mədəni dəyərlərə diqqət yetirilir:

-mədəniyyət – dildir, estetik zövqdür, bilikdir, inam və adətlərdir;

-mədəniyyət – keçmişdən gələn kəşflərdir, texniki proseslər, ideya və adətlərdir;

-mədəniyyət – ümumqəbul edilmiş təfəkkür üsuludur.

Mədəniyyətə fəlsəfi yanaşma cəmiyyətin həyatında mədəniyyətin əsasını, yaxud onun inkişaf səbəbini təşkil edən bəzi qanunauyğunluqları ayırır. Bu, mədəniyyətin xarici təsviri deyil, cəmiyyətdə baş verən proseslərin mahiyyətinə varmaqdır. Bu mənada:

-mədəniyyət – cəmiyyət inkişafının müəyyən tarixi səviyyəsi, insanların həyat təşkilinin tip və formalarında ifadə olunan qüvvə və qabiliyyətləridir;

-mədəniyyət – ictimailəşmə prosesinin köməyilə cəmiyyətə ötürülən nisbi davamlı qeyri-maddi məzmundur.




Yüklə 177,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin