I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması



Yüklə 177,36 Kb.
səhifə4/49
tarix01.01.2022
ölçüsü177,36 Kb.
#105490
1   2   3   4   5   6   7   8   9   ...   49
Mədəniyyətşünaslığın obyekti sosioloq və tarixçiləri maraqlandıran elə mədəniyyətdir, lakin mədəniyyətşünaslığın predmeti bu və ya digər mədəniyyətin nailiyyətinin sadəcə təsviri deyil, onun meydana gəlməsi, formalaşması və sonrakı inkişafı və aqibətinin xüsusiyyətləridir.

Mədəniyyətşünaslığın predmetini, digər canlı aləmdən fərqli olan insanın spesifik həyat üsulu olan mədəniyyətin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı məsələlərinin məcmusu təşkil edir. Mədəniyyətşünaslıq − bəşəriyyətin bütün məlum mədəniyyətlərində iştirak edən ən ümumi inkişaf qanunauyğunluqlarını, təzahür formalarını öyrənir.



III

Mədəniyyətşünaslıq insan nəslinin mədəni qayda və tələbatlara yiyələnməsi zərurətini araşdırır, mədəni-mənəvi irsin yaranıb fоrmalaşdığı mühiti və ilkin şərtləri öyrənir. Bu məqsədlə mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür:

- mədəniyyətin, onun mahiyyətinin, məzmununun, əlamət və funksiyalarının daha dərin, tam və hərtərəfli izahı;

- mədəniyyətin bütövlükdə, eləcə də ayrıca mədəni hadisə və proseslərin genezisinin (mənşəyi və inkişafının) öyrənilməsi;

- mədəni proseslərdə insanın yeri və rolunun müəyyənləşdirilməsi;

- mədəniyyətin kateqoriyalarının, öyrənmə metod və vasitələrinin işlənilib-hazırlanması;

- mədəniyyəti öyrənən digər elmlərlə qarşılıqlı əlaqəsi;

- incəsənət, fəlsəfə, din və mədəniyyətin qeyri-elmi dərki ilə əlaqədar olan digər sahələrdən gələn mədəniyyət haqqında məlumatların öyrənilməsi;

- ayrıca mədəniyyətlərin inkişafının tədqiq edilməsi.


Yüklə 177,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin