Mədəniyyətşünaslığın məqsədi – mədəniyyəti elə öyrənməkdir ki, onun əsasında formalaşmış mədəniyyəti dərk edəsən. Bunun üçün mədəniyyət fenomenlərini məcmusunu təşkil edən mədəniyyət faktını; mədəniyyətin elementləri arasındakı əlaqələri; mədəniyyət fenomenlərinin istehsal və mənimsənilməsi üsullarını; mədəniyyətin tipləri və onların əsasında duran norma, dəyər və simvolları (mədəniyyət kodlarını); mədəniyyət kodları və onlar arasındakı kommunikasiyanı təhlil etmək lazımdır.
Mədəniyyətin məqsəd və vəzifələri onun funksiyalarını da müəyyənləşdirir.