I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması


Həyat və ölüm haqqında təsəvvürlər



Yüklə 177,36 Kb.
səhifə13/49
tarix01.01.2022
ölçüsü177,36 Kb.
#105490
1   ...   9   10   11   12   13   14   15   16   ...   49
Həyat və ölüm haqqında təsəvvürlər: “Həyat öz axarında axmadır, ölümsə sadəcə yolda dincəlmədir”. Cinlilər aləmi elə bu cür təsəvvür edirdilər. Çin fəlsəfəsində ruhun ölməzliyi haqqında təlim yox idi. Həyat və ölüm – vahid zaman prosesinin iki zəruri mərhələləridir. Həyat – xeyir, ölümsə dəf edilməli olan şərdir. Dinlərdən biri olan daosizm həyatın uzadılması üsullarını işləyib hazırlamışlar: xüsusi seksual praktika, nəfəs hərəkətləri, meditasiya, gimnastika.

İncəsənət və ədəbiyyat: Çin kainatı gözəllik üzərində qurulur. Kosmos “naxışlıdır”, naxışlar sonradan “yazılı işarələr”in mənasını ifadə etdi, yazı “yazı işarələrində ifadə olunmuş mədəniyyətdir”. Çin mədəniyyətinin başlıca anlahyışlarından biri – VEN anlayışıdır. Ven Kainatı bəzəyən, naxışı ifadə edən kosmik başlanğıcdır. Müqəddəsliyin əlaməti kimi şamanın hökmən belə naxışlı döyməsi olmalıydı. VEN kosmosun insanda təzahürüdür. Başını yuxarı qaldıraraq şaman bürcləri öyrənir. Başını aşağı salaraq – heyvan və quş izlərinin gizli mənasını dərk edir. Bu cür baxışın nəticəsi heroqlif yazısı və mədəniyyəti oldu. Çinlilərin fikrincə, yazı özündə böyük Daonu – yolu daşıyır. Xalqın yazıya əsl xeyir kimi münasibət bəsləməsi də buradandır.. Ədəbiyyatla məşğul olmaq – xeyirxah və şərəfli işdir. Lakin ədəbiyyat deyəndə roman deyil, fəlsəfi nəsr başa düşülürdü.

Çin rəssamlığışeylərin deyil, ideya, düşüncələrin təsviridir. Eyni rəngli rəsmlər burada xüsusi yer tutur. Təsvir qara mürəkkəblə ağ kağıza və ya azca rənglənmiş parçaya çəkilir. Rəssamlar bütün varlığın sanki hava kimi yüngül “əsası olmayan” kimi təsvir etməyə cəhd göstərirlər. Çin rəssamlığında kosmosla vəhdət və harmoniyanın axrışı məsələsi qoyulur.

Din: Konfusiçiliyi din hesab etmək düzgün olmazdı. Bu əxlaqi-siyasi təlimdir. Çoxsaylı qarışıq inam və kultlar vardır. Çinin dinləri müxtəlif inamları qəbul edir. Monoteizm yox idi. Buddizm Çinə Hindistandan gəlmişdi. Çinli eyni zamanda üç dini qəbul edə bilərdi: işdə konfusiçi ola bilər, dostlarıyla və təbiət qoynunda – daosist, özü ilə tənha qaldıqda isə həyatı və ölümü barəsində düşünərkən buddist ola bilərdi.


Yüklə 177,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin