I mövzu plan Əsas anlayışlar və təriflər


§3.2. Elektrik veriliş xətlərinin əvəz sxeminin



Yüklə 1,41 Mb.
səhifə14/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.2. Elektrik veriliş xətlərinin əvəz sxeminin

qurulması
Ayrı-ayrı elektrik stansiyalarında istehsal olunan gücün qidalanma mərkəzlərinə ötürülməsi və təlabatçılar arasında paylanması üçün müxtəlif gərginlikli dəyişən cərəyandan, məsələn, 35, 110, 220, 330, 500, 750 kV və uzaq elektrik ötürmə xətlərində gərginliyi 1500 V olan sabit cərəyandan istifadə olunur.

Məlumdur ki, elektrik şəbəkəsinin istənilən xətti, uzunluğu boyu bərabər paylanmış sonsuz sayda kiçik aktiv və reaktiv müqavimətlərdən və keçiriciliklərdən ibarətdir. Ancaq, belə müqavimətlərin və keçiriciliklərin dəqiqliklə nəzərə alınması uzunluğu daha çox olan xətlərdə aparılır. Praktiki hesabatlarda isə sadəcə olaraq xətlər paylanmış yox, cəmlənmiş müqavimətlərə və keciriciliklərə malik xətlər kimi qəbul edilir. Xətlərdə keçiriciliklərin olması sızma və tutum cərəyanlarının axması ilə şərtlənir. Belə cərəyanların qiyməti yükdən asılı olmur. Onların qiyməti xəttin konstruktiv quruluşundan, uzunluğundan və onun işçi gərginliyindən asılı olaraq təyin edilir.

Gərginliyi 330 kV və yüksək, uzunluğu isə 300-400 km-ə qədər olan hava EVX-nin əvəz sxemi adətən aşağıdakı kimi göstərilir (şək. 3.1).




Şək. 3.1. Gərginliyi 330 kV və yüksək, uzunluğu 300-

400 km-ə qədər olan hava EVX-nin əvəz sxemi


Burada, və uyğun olaraq EVX-nin aktiv və reaktiv müqavimətləri, və isə aktiv və reaktiv keçiricilikləridir.

Nominal gərginliyi 330 kV və aşağı olan elektrik şəbəkələrinin hesablanması zamanı hava xəttin aktiv keçiriciliyi praktiki olaraq nəzərə alınmır (şək. 3.2).

Şək. 3.2. Gərginliyi 330 kV və aşağı olan hava EVX-nin əvəz sxemi
Nominal gərginliyi 35 kV və ondan aşağı olan hava EVX-də tutum keçiriciliyini (tutum gücünü) nəzərə almamaq olar (şək. 3.3).

Bildiyimiz kimi gərginliyi 35 kV və ondan aşağı olan və çoxda böyük olmayan ərazilərə xidmət edən şəbəkələr yerli şəbəkələr adlanır. Belə şəbəkələrin hesabatını sadələşdirmək məqsədi ilə aşağıdakı kimi qəbul olunmuş şərtlərdən istifadə edilir:



  1. Məhdud uzunluğa və çox da yüksək olmayan gərginliyə malik şəbəkələrdə, xəttin reaktiv keçiriciliyi nəzərə alınmır. Belə ki, onun hesabatın nəticələrinə təsiri nəzərəçarpacaq dərəcədə deyil;

  2. Şəbəkənin ayrı-ayrı nöqtələrindəki və təlabatçıların sıxaclarındakı gərginliklər təyin edilmir. Burada ancaq gərginlik itkisi hesablanır və onun buraxılabilən qiymətə nəzərən müqayisəsi aparılır;

  3. Transformatorların müqavimətləri və keçiricilikləri nəzərə alınmır. Belə ki, gərginlik itkisi, artıq şəbəkə üçün buraxılabilən gərginlik itkisinin verilmiş qiymətində nəzərə alınır.

Beləliklə, yuxarıda deyilənləri nəzərə alaraq, yerli şəbəkələrin xətlərinin hesablanması üçün, ümumi halda ardıcıl birləşdirilmiş aktiv R və reaktiv X müqavimətlərdən ibarət olan əvəz sxemini qəbul etmək olar (şək. 3.3).

Şək. 3.3. Gərginliyi 35 kV və aşağı olan hava EVX-nin əvəz sxemi
Hava EVX kimi kabel xətlərində şək. 3.1-də göstərilmiş “П” şəkilli əvəz sxemi ilə təsvir oluna bilər. Lakin kabel xəttinin cərəyan daşıyan damarları arasındakı məsafə hava xəttinə nisbətən çox-çox kiçik olduğundan onun xüsusi induktiv müqaviməti də çox-çox kiçik alınır. Beləki, kabel xətləri induktiv rabirəli dövrələrin əsas elementləridir. Elektrotexnikanın nəzəri əsasları kursundan məlumdur ki, induktiv rabitəli dövrələrdə bir naqildən axan cərəyan həmin naqilin özündə əks özünə induksiya E.H.Q, digər naqildə isə öz istiqamətində E.H.Q induksiyalayır (şək. 3.4.a). Belə olduqda hər bir cərəyan daşıyan naqildə induksiyalanan əks özünəinduksiya E.H.Q-nin qiyməti azalır. Naqilin induktiv müqaviməti əks özünə induksiya E.H.Q ilə xarakterizə olduğundan induktiv müqavimət də azalacaq. Kabel xətlərində bu müqavimət nəzərəçarpacaq dərəcədə olmur.

Elə bu səbəbdəndə kabel xəttinin əvəz sxemində induktiv müqaviməti nəzərə almamaq olar.

Gərginliyi 10 kV və aşağı olan kabel xətlərindən ibarət şəbəkələrin rejimlərinin hesablanması zamanı əvəz sxemində yalnız aktiv müqaviməti nəzərə almaq olar (şək. 3.4.b).




a)


b)

Şək. 3.4. Gərginliyi 10 kV və aşağı olan kabel xəttinin əvəz sxemi




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin