§3.5. Elektrik veriliş xəttin aktiv keçiriciliyi
EVX-nin aktiv keçiriciliyi, xətdə yaranan iki növ aktiv güc itkisi ilə:
İzolyasiyanın mükəmməl olmaması nəticəsində izolyatorların səthindən axan sızma cərəyanlarının onun materialında yaratdığı aktiv güc itkisi;
Tac boşalması zamanı naqilin ətrafındakı havanın ionlaşması nəticəsində yaranan aktiv güc itkisi ilə şərtlənir.
EVX-nin xüsusi aktiv keçiriciliyi ümumi halda aşağıdakı düstur əsasında təyin edilir:
İzolyatorlardan axan sızma cərəyanları cox kiçik olduğundan, onların izolyatorda yaratdığı itkiləri nəzərə almamaq olar. Gərginliyi 110 kV və ondan yüksək olan hava EVX -nin naqilləri ətrafında müəyyən şəraitlərdə elektrik sahəsinin (E) gərginiyi artır və hətta kritik həddəndə artıq ola bilir. Bunun nəticəsində də naqilin ətrafındakı hava intensiv olaraq ionlaşır və naqilin ətrafı işıqlanır, yəni tac əmələ gəlir. Normal iş şəraiti zamanı naqilin ətrafında yaranan elektrik sahəsinin gərginliyi, xəttin işçi gərginliyindən və onun konstruktiv quruluşundan asılı olaraq aşağıdakı kimi təyin edilir:
Əgər EVX-nin faza naqilləri n sayda naqilə parçalanmış olarsa, onda naqilin ətrafında yaranan elektrik sahəsinin gərginliyi n dəfə azalmış olar, yəni:
Naqilin ətrafında yaranan elektrik sahəsinin gərginliyinin ən maksimal qiyməti 17-19 kV/sm-dən artıq olmamalıdır. Tac əmələ gələn zaman naqilin xüsusi aktiv keçiriciliyi aşağıdakı kimi təyin olunur:
EVX-nin əvəz sxemində aktiv keçiricilik onun bütün uzunluğu boyu aşağıdakı düsturdan tapılır:
Tac əmələ gəlməsi və uyğun olaraq xətdə yaranan aktiv güc itkisi hava xəttinin gərginliyindən, naqilin radiusundan, atmosfer şəraitindən və naqilin səthinin vəziyyətindən asılıdır. Naqilin işçi gərginliyi nə qədər çox və naqilin radiusu nə qədər az olarsa, onda elektrik sahəsinin gərginliyi bir o qədər çox olar. Atmosfer şəraitinin pisləşməsi yəni, havadakı yüksək nəmlilik, sulu qar, naqilin səthində əmələ gələn qırov, metal qırıqları, cızıq və s. naqilin ətrafında elektrik sahəsinin gərginliyinin artmasına və buna uyğun olaraq tacın yaranmasına sərf olunan aktiv güc itkisinin çoxalmasına gətirib çıxarır. EVX-də yaranan tac boşalması yaxınlıqda yerləşən radio, telefon və televiziya qurğularının işində səs-küy əmələ gətirir və xətt naqillərinin səthinin korroziyaya uğramasına səbəb olur. Tac əmələ gəlməsi zamanı yaranan aktiv güc itkilərini azaltmaq üçün istifadə edilən əsas vasitə xətt naqillərinin en kəsiyinin (diametrinin) artırılması hesab olunur. Elə bu səbəbdən də EAQQ-na əsasən hava EVX üçün gərginlikdən asılı olaraq minimal en kəsik (diametr) müəyyən edilir (cədvəl 3.2).
Cədvəl 3.2
EVX üçün gərginlikdən asılı olaraq minimal en kəsik (diametr)
Xəttin gərginliyi, kV
|
Bir fazaya düşən naqillərin sayı
|
Xətt naqilinin en kəsiyi,
mm2
|
Naqilin diametri, mm
|
110
|
1
|
70
|
11,3
|
150
|
1
|
120
|
15,2
|
220
|
1
|
240
|
21,6
|
330
|
2
|
240
|
21,6
|
500
|
3
|
400
|
27,2
|
Dostları ilə paylaş: |