I mövzu plan Əsas anlayışlar və təriflər


§3.6. Elektrik veriliş xəttinin tutum keçiriciliyi



Yüklə 1,41 Mb.
səhifə18/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   14   15   16   17   18   19   20   21   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.6. Elektrik veriliş xəttinin tutum keçiriciliyi
Hava və ya kabel xətlərindən müəyyən tezlikli dəyişən cərəyan axdıqda onların faza naqilləri və hər bir faza naqili ilə yer arasında tutum yaranır. Bu isə o deməkdir ki, hava və ya kabel xətlərinin istənilən iki naqilinə, həmçinində xəttin hər bir naqil ilə yerə, uyğun qismi tutuma malik kondensator kimi baxmaq olar (şək. 3.9).

Elektrotexnika kursundan məlumdur ki, EVX-nin istismarı zamanı onun işçi tutumu verilmiş naqilin elektrik yükünün



onun potensialına olan nisbəti kimi təyin edilir.




Şək. 3.9. Üçfazalı EVX-də yaranan tutumlar: a) hava xətti üçün sxem; b) kabel xətti üçün sxem; v) tutumlar üçbucağının ekvivalent ulduza çevrilməsi


EVX-nin işçi tutumu anlayışı ancaq simmetrik xətlər üçün doğru hesab olunur, məsələn üçfazalı kabel xətləri üçün (şək.3.9.b). Hava EVX-nin işçi tutumu isə faza naqillərinin transpozisiyası nəticəsində onların fiziki simmetrikliyinin təmin olunması fərziyəsinə əsasən təyin edilir, yəni, belə hesab edilir ki, bu zaman faza naqilləri və hər bir faza naqili ilə yer arasında yaranan tutumlar EVX-nin bütün uzunluğu boyu bərabərləşir.

Xəttin işçi tutumu, naqillərin diametrindən, onların bir birinə nəzərən qarşılıqlı yerləşdirilməsindən, faza naqilləri arasındakı məsafədən və ətraf mühitin dielektrik nüfuzluğundan asılıdır.

İkidövrəli hava EVX-nin işçi tutumunun hesablanması zamanı qonşu dövrənin naqillərinin və ildırımdan mühafizə troslarının baxılan xəttin tutumuna təsiri nəzərə alınmır. Bu zaman buraxılan xəta 5%-dən artıq olmur ki, bu da tamamilə buraxılabiləndir.

Praktiki hesabatlarda bir faza naqili olan üçfazalı hava EVX-nin işçi tutumu aşağıdakı düstur əsasında təyin edilir.

burada,Dor- faza naqilləri arasındakı orta həndəsi məsafə;



r= d/2-naqilin radiusudur.

Bu düsturdan istifadə etməklə kabel xətlərinin işçi tutumunu hesablamaq olmaz. Belə ki, kabelin izolyasıyasının dielektrik nüfuzluq əmsalı, havanın dielektrik nüfuzluq əmsalından nəzərəçarpacaq dərəcədə fərqlənir. Digər tərəfdən, kabelin elektrik sahəsi, hava xəttinin elektrik sahəsindən kəskin dərəcədə fərqlənir. Belə ki, kabel xəttinin cərəyan daşıyan damarları bir-birinə və kabelin torpaqlanmş metal örtüyünə çox yaxın yerləşdirilib.

EVX-nin xüsusi (hesabi) reaktiv (tutum) keçiriciliyi ümumu halda aşağıdakı məlum düstur əsasında hesablanır:

50 hs tezlikdə hava EVX üçün hesabi tutum keçiriciliyi:

kimi təyin edilir.

Parçalanmış faza naqilləri olan hava EVX-nin hesabi tutum keçiriciliyinin hesablamaq üçün yuxarıdakı düsturda bir naqilin radiusu (r) əvəzinə parçalanmış faza naqillərinin ekvivalent radiusunu (rekv) yazmaq lazımdır.


EVX-nin ümumi tutum keciriciliyi



olur.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin