I mövzu plan Əsas anlayışlar və təriflər


§3.7. EXV-nin tutum cərəyanı və tutum (doldurma) gücü



Yüklə 1,41 Mb.
səhifə19/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   15   16   17   18   19   20   21   22   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§3.7. EXV-nin tutum cərəyanı və tutum (doldurma) gücü
EVX-nə tətbiq edilmiş dəyişən gərginliyin təsiri nəticəsində xəttin tutumunda dəyişən elektrik sahəsi yaranır və bunun nəticəsində elektrik yüklərinin yerdəyişməsi baş verir, yəni reaktiv cərəyan yaranır. Həmin cərəyana xəttin tutum və ya doldurma cərəyanı deyilir.

Xəttin bütün uzunluğu boyu tutum (keçiricilik) bərabər paylandıqda, tutum cərəyanının qiyməti, onun hər bir nöqtəsindəki gərginlikdən asılı olaraq dəyişir. Belə ki, yük cərəyanının təsiri nəticəsində xətdə yaranan gərginlik düşgüsü, fasiləsiz olaraq xəttin uzunluğu boyu onun gərginliyini həm

qiymətcə, həm də fazaca dəyişir və buna uyğun olaraq xəttin tutum cərəyanıda dəyişir. Ancaq praktiki hesabatlarda belə bir hal nəzərdən atılır və xəttin vahid uzunluğuna düşən tutum cərəyanının təyin olunması zamanı, gərginliyin həqiqi qiyməti əvəzinə onun işçi və ya nominal gərginliyindən istifadə edilir:

burada, Unom-nominal xətt gərginliyidir.

Şək. 3.10-dan göründüyü kimi tutum cərəyanı onun uzunluğuna proporsional olaraq, xəttin sonundan əvvəlinə doğru dəyişir.






Şək. 3.10. Xəttin uzunluğu boyu tutum cərəyanının dəyişməsi

Xəttin əvvəlində tutum cərəyanı, onun uzunluğu boyu yaranan vahid tutum cərəyanlarının cəminə bərabər olur və aşağıdakı kimi təyin edilir:



EVX-nin “П” şəkilli əvəz sxemində xəttin ümumi keçiriciliyi, şərti olaraq onun əvvəlində və sonunda göstərilmiş keçiriciliklərlə şərtlənir. Elə buna görə də xəttin aktiv və induktiv müqavimətindən keçən ümumi cərəyan qiymətcə və fazaca dəyişməz qalır (şək 3.11).

Şək. 3.11. 110kV gerginlikli EVX-nin “П” şəkili əvəz sxemi

Belə olduqda, xəttin ümumi tutum cərəyanını, onun əvvəlindəki və sonundakı gərginliklərlə şərtlənən tutum cərəyanlarının cəmi kimi təyin edə bilərik.

və ya təqribi olaraq, xəttin nominal gərginliyinə əsasən

kimi təyin etmək olar. Belə olan halda


olacaq.


EVX- də tutum keçiriciliyinin olması, ona reaktiv tutum gücü təlabatçısı kimi baxmağa imkan verir. Bu gücün qiyməti xəttin tutum cərəyanı və işçi gərginliyinə əsasən təyin edilir.

burada, U-xəttin işçi gərginliyidir, kV. Bu güc xəttin doldurma güçü adlanır.

EVX-nin “П” şəkilli əvəz sxemində bütün xəttin tutum (doldurma) gücü ya onun ümumi keçiriciliyinə və nominal gərginliyinə görə,




ya da xəttin əvvəlindəki və sonundakı həqiqi gərginliyə və tutum keçiriciliyinə görə təyin edilir:


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin