Mövzu 7. Generatorun əvəz sxemi və onu xarakterizə edən parametrlər
Plan
Generatorun əvəz sxemi
Generatorun güc xarakteristikası
Elektrik sisteminə və şəbəkəsinə daxil olan elementlərdən biridə sinxron generatorlardır.
Sinxron generator mexaniki enerjini elektrik enerjisinə çevirmək üçün nəzərdə tutulmuş qurğudur.
Elektrik şəbəkələrinin təhlil olunması və rejiminin hesablanması zamanı sinxron generator aşağıdakı əvəz sxemi ilə təsvir olunur (şək. 3.20).
Şək. 3.20.Sinxron generatorun əvəz sxemi
Elektrotexnika kursundan məlumdur ki, generatorun çıxışındakı gərginlik onun EHQ-dən, daxili müqavimətindəki gərginlik düşgüsü qədər az olur,yəni:
Onda, generatorun EHQ-si üçün aşağıdakı ifadəni yaza bilərik:
Bu ifadələrdən generatorun şəbəkəyə ötürdüyü cərəyanı aşağıdakı kimi təyin etmək olar:
Məlumdur ki, qərarlaşmış rejimdə generator aktiv güclə yanaşı reaktiv güc də istehsal edərək şəbəkəyə (qəbuledici sistemə) ötürür, yəni:
burada, IG-generatorun gərginliyə nəzərən şəbəkəyə ötürdüyü cərəyanı göstərir. Həmin cərəyan induktiv xarakterli olduğundan gərginlikdən müəyyən φ-bucağı qədər geri qalır və o generator gərginliyinə nəzərən aşağıdakı kimi təyin edilir:
burada,Z-şəbəkənin, generatorun gərginlik şinlərinə qədər olan ümumi kompleks müqavimətidir (Z=R+jX).
Cərəyanın bu qiymətindən istifadə edərək generatorun EHQ-si üçün yaza bilərik:
Qərarlaşmış rejimdə generatorun qəbuledici sistemə ötürdüyü aktiv və reaktiv güclər aşağıdakı kimi olduğundan,
vektor diaqramından Ia və Ir-in qiymətini təyin edib bu ifadələrdə yerinə yazsaq, generatorun güc xarakteristikasının riyazi ifadəsi üçün aşağıdakıları alarıq:
Şək. 3.21. Vektor diaqramı
burada, Ia və Ir-generator cərəyanının aktiv və reaktiv mürəkkəbələridir, δ-bucağı isə generatorun EHQ-si ilə gərginliyi arasındakı bucaqdır.
Dostları ilə paylaş: |