Mövzu 8
ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN TEXNİKİ-İQTİSADİ HESABATLARI
§ 4.1. Əsas anlayışlar
Elektrik sistemi yer planetində yaradılan ən böyük süni sistemlərdən biridir. Müasir dövrün əsas problemlərindən biri bu sistem tərəfindən istehsal olunmuş elektrik enerjisinin texniki və iqtisadi cəhətdən əlverişli formada ötürülməsi və təlabatçılar arasında paylanmasından ibarətdir.
Elektrik enerjisi, bir-biri ilə qarşılıqlı təsirdə və əlaqədə olan və digər enerji sistemləri və paylayıcı şəbəkələri ilə paralel birləşən çoxlu sayda elektrik stansiyaları tərəfindən istehsal olunur.
Elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik şəbəkəsi və sistemi digər texniki obyektlər kimi özünün iş funksiyasının yerinə yetrilməsi prosesində müəyyən miqdarda enerjinin sərf olunmasını tələb edir. Həmin enerji, şək.4.1-də göstərildiyi kimi elektrik enerjisinin ötürülməsinin texnoloji sərfiyyatı adı altında ifadə olunur. Şəkildən görünür ki, elektrik enerjisinin ötürülməsinin texnoloji sərfiyyatı, yarımstansiyaların istehsalat ehtiyaclarına və elektrik enerjisinin texniki itkilərinə ayrılır. Qeyd etmək lazımdır ki, elektrik şəbəkəsinin qurulmasının və istismarının keyfiyyət səviyyəsi onun faydalı iş əmsalı ilə xarakterizə olunur:
burada,Wd-şəbəkəyə daxil olan enerji; Wts-elektrik enerjisinin texnoloji sərfiyyatı; ΔW-elektrik enerjisi itkiləridir.
Şək. 4.1. Elektrik enerjisinin ötürülməsi zamanı tələb
olunan enerji sərfiyyatının strukturu
Elektrik enerjisinin ötürülməzi zamanı enerji sistemi ilə təlabatçılar arasında maliyyə əməliyyatlarının aparılmasında hökmən enerji balansı ödənilməlidir, yəni:
burada, Wö-qiyməti təlabatçılar tərəfindən ödənilən enerji; Wk-kommersiya itkiləridir.
Kommersiya itkiləri, elektrik enerjisinin oğurlanması, məişət cihazlarının işlətdiyi enerjiyə görə olan ödənişin, qeydedici cihazların göstərişləri ilə uyğun gəlməməsi, ödənişin gecikdirilməsi və s. nəticəsində yaranan itkilərdir.
Müasir dövrdə enerji satış müəssisələrinin hesabatlarında elektrik enerjisinin qeydiyyatı sistemlərinin xətaları ilə şərtlənən itkilərdə, kommersiya itkilərinin tərkibinə daxil edilir.
Müxtəlif ölkələrin enerji sistemlərinin iş təcrübəsi göstərir ki, elektrik enerjisinin çevrilməsi ötürülməsi və təlabatı prosesi zamanı yaranan itkilər (7-15)% intervalında olur. Bu itkilər elektrik sisteminin şəbəkələrində gərginlik, güc və enerji itkilərinin artmasına və buna uyğun olaraq elektrik enerjisinin keyfiyyətinin pisləşməsinə səbəb olur ki, bu da təlabatçıların və elektrik avadanlıqlarının normal iş rejimlərinin pozulmasına gətirib çıxarır.
Energetikanın inkişafına və energetik sistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına verilən tələblər elektrik enerjisinin ötürülməsi proseslərinin hesablanma və təhlil metodlarının mükəmməlləşdirilməsini tələb edir.
Son zamanlar bununla əlaqədar olaraq elektrik şəbəkələrində elektrik enerjisinin nəqli və paylanması məsələlərinə xüsusi diqqət yetirilir.
Elektrik şəbəkələrinin hesablanmasının əsas şərtlərindən biri onların iqtisadi cəhətdən əlverişli olmalarının təyin olunmasıdır. İqtisadi cəhətdən əlverişli olan şəbəkə variantının seçilməsi məqsədi ilə, bir sıra varianlar üçün texniki-iqtisadi hesabatlar aparılır. Məlumdur ki, bu və ya digər tikililərin və ya müəssisələrin iqtisadi cəhətdən əlverişli olması, onların tikilməsinə sərf olunan kapital xərcləri, istismar xərcləri və məhsulun qiyməti ilə xarakterizə olunur. Gərginliyi verilmiş elektrik şəbəkələri üçün kapital xərcləri, əsasən şəbəkənin bu və ya digər hissələri üçün seçilmiş naqillərin en kəsiyindən asılıdır. İstismar xərcləri isə nəzərəcarpacaq dərəcədə şəbəkədəki elektrik enerjisi itkilərindən asılı olaraq dəyişir. Ötürülən elektrik enerjisinin qiyməti nə qədər aşağı olarsa, onda itkilər üçün ayrılan xərclər də bir o qədər az olar.
Naqillərin və kabellərin en kəsiyinin seçilməsi zamanı, çalışmaq lazımdır ki, elektrik enerjisi itkiləri maksimal dərəcədə az olsun, həmçinin də şəbəkənin qurulması zaman əlvan metal sərfiyyatı və çəkilən xərclərə qənaət olunsun.
Dostları ilə paylaş: |