3-cü kateqoriya elektrik enerjisi təlabatçıları-buraya qeyri-məsul yüklər, məsələn kütləvi şəkildə məhsul istehsal etməyən elektrik enerjisi qəbulediciləri, köməkçi sexlər, kiçik qəsəbələr, kiçik müəssisələr və s. daxil edilir.
1-ci kateqoriyaya aid olan elektrik enerjisi təlabatçıları bir-birindən asılı olmayan iki elektrik enerjisi mənbəyi ilə təmin olunmalıdırlar. Onların elektrik enerjisi ilə təchizatında fasiləyə ehtiyyat mənbə avtomatik qoşulana qədər icazə verilir.
Asılı olmayan bəsləmə mənbələri elə mənbələrə deyilir ki, onların birində gərginlik itdikdə digərində itmir.
Əgər 1-ci kateqoriya təlabatçıların gücü az olarsa, onda ehtiyyat mənbə kimi səyyar elektrostansiyadan-daxiliyanma generatorlarından istifadə oluna bilər.
2-ci kateqoriyaya aid olan elektrik enerjisi təlabatçılarının elektrik enerjisi ilə təchizatında fasiləyə, ehtiyyat mənbə növbətçi heyyət tərəfindən qoşulana qədər icazə verilir.
3-cü kateqoriya elektrik enerjisi təlabatçılarının qidalandırılmasında fasilə, zədələnmiş hissənin təmir olnması başa çatana qədər (bir sutkadan artıq olmamaq şərti ilə) icazə verilir.
Elektrik şəbəkələrinin layihələndirilməsində aşağıdakı hesabatlar aparılır:
Dostları ilə paylaş: |