Texniki-iqtisadi hesabat;-buraya iqtisadi cəhətdən əlverişli olan şəbəkə gərginliyinin, naqillərin və kabellərin en kəsiyinin seçilməsi; gərginliyin tənzim olunma qaydası və s. daxildir.
Naqillərin və kabellərin qızmaya qarşı hesablanması: burada verilmiş en kəsiyə malik naqil və kabellər üçün buraxılabilən cərəyan (soyuma şərtinə görə) təyin edilir.
Şəbəkənin xətlərində gərginlik itkisinin hesablanması: bu təlabatçıların keyfiyyətli gərginliklə təmin edilməsi üçün lazımdır. Yəni təlabatçıların sıxaclarındakı gərginliyin meyli buraxılabilən həddən kənara çıxmamalıdır.