I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.2. Elektrik enerjisinin ötürülməsi sisteminin xarakteristikası



Yüklə 1,41 Mb.
səhifə3/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   2   3   4   5   6   7   8   9   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.2. Elektrik enerjisinin ötürülməsi sisteminin xarakteristikası
Elektrik enerjisinin, onu istehsal edən elektrik stansiyasından, nəhəng rayonların elektrik şəbəkələrinə və ya elektroenergetik sistemin paylayıcı düyünlərinə qədər ötürülməsi sisteminin əsasını, elektrik ötürücü şəbəkələrin və ya ayrı-ayrı sistemdaxili və sistem əmələ gətirən şəbəkələrin, həmçinində gərginliyi 220 kV və ondan yüksək olan bəsləyici şəbəkələrin inkişafı təşkil edir. Belə şəbəkələrə ehtiyac, yaşayış zonalarından kənarda nəhəng istilik elektrik stansiyalarının (İES) və atom elektrik stansiyalarının (AES) yerləşdirilməsinin vacib olması, həmçinində elektrik enerjisinin bir hissəsinin şəhərlərdən nisbətən uzaq məsafədə tikilmiş su elektrik stansiyaları (SES) tərəfindən istehsal edilməsinin mümkünlüyü nəticəsində yaranır. Elektrik stansiyaları ilə nəhəng rayon yarımstansiyalarının paralel işə qoşulmasını təmin edən uzun EVX, sistemdaxili və sistemlərarası magistral xətlər sistem əmələ gətirən şəbəkənin tərkib hissələri adlanırlar. Belə bir şəbəkənin vəzifəsi, elektroenergetik sistemin formalaşdırılması və eyni zamanda elektrik enerjisinin ötürülməsi (tranziti) funksiyasını yerinə yetirməkdən ibarətdir. Bu cür ötürücü və əlaqələndirici şəbəkələrə verilən əsas tələblərdən biri onların işinin etibarlığının və dayanıqlığının təmin olunması adlanır. Belə ki, bütün mümkün hallarda yəni, normal, təmir, qəza və qəzadan sonrakı rejimlərdə onların işgörmə qabiliyyətləri təmin olunmalıdır. Bu məsələnin həll edilməsi böyük avtomatik qurğular kompleksinin, yəni, idarəetmə, rele mühafizəsi, rejim və qəza əleyhinə olan avtomatika qurğularının üzərinə düşür. Magistral və sistem əmələ gətirən ötürücü elektrik şəbəkələri və avtomatik tənzimləmə qurğuları birlikdə elektrik enerjisinin ötürülməsi sistemini əmələ gətirir. Elektroenergetik sistemin əsas şəbəkəsi adlanan sistem əmələ gətirən şəbəkə, yüz MVt-dan bir neçə GVt-ta qədər olan böyük güclü dəyişən cərəyanı, aralarındakı məsafə 1000 km və yüksək olan təlabatçılara çatdırmaq üçün nəzərdə tutulub. Sistem daxili şəbəkələrin ötürücü xətlərinə nəzərən, sistemlərarası əlaqə xətləri daha böyük gərginliyə hazırlanır. Ayrı-ayrı elektrik sistemlərini birləşdirən və gərginliyi 330-750 kV olan, böyük keçiriciliyə malik EVX isə sistemlərarası əlaqə xətləri adlanır. Elektrik veriliş xətlərinin nominal gərginliyi, ötürülən elektrik enerjisinin gücdən, EVX-nin dövrələr sayından və uzunluğundan asılıdır. Qeyd etmək lazımdır ki, ötürülən elektrik enerjisinin gücü və EVX-nin uzunluğu nə qədər böyük olarsa, texniki və iqtisadi səbəblərdən EVX-nin nominal gərginliyi bir o qədər yüksək olmalıdır. EVX-nin ötürmə qabiliyyəti dedikdə, rejim və texniki məhdudiyyətlər nəzərə alınmaqla, uzun müddətli qərarlaşmış iş rejimi zamanı, EVX-nin üç faza naqilləri vasitəsi ilə ötürülə bilən ən böyük aktiv güc nəzərdə tutulur.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin