I mövzu plan Əsas anlayışlar və təriflər


§4.3. Enerji itkisinin orta kvadratik gücə əsasən təyin olunması metodu



Yüklə 1,41 Mb.
səhifə32/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§4.3. Enerji itkisinin orta kvadratik gücə əsasən təyin olunması metodu
Bu metoda əsasən enerji itkisinin təyin olunmasında adətən ötürülən tam gücün zamandan asılılıq funksiyası yük qrafiki şəklində verilir.

Şək. 4.2-də iş funksiyasını yerinə yetirmə müddətinə görə şəbəkə elementinin yük qrafiki göstərilmişdir. Burada 1-əyrisi ötürülən tam gücün, şəbəkənin işləmə müddətindən asılı olaraq dəyişmə əyrisini xarakterizə edir.

Əgər orta güc əmsalı dəyişməz qalarsa, onda bir il ərzində şəbəkə ilə ötürülən enerjinin miqdarı, şək. 4.2-ki 1-əyrisi və zaman oxu ilə əhatə olunan fiqurun sahəsinə bərabər olacaq və aşağıdakı kimi təyin ediləcək:

burada, cosor-bir il ərzində təxmini olaraq dəyişməz qəbul olunan orta güc əmsalını göstərir. Şəkildən görünür ki, il ərzində şəbəkə ilə ötürülən güc bu və ya digər səbəblərdən müəyyən dəyişikliyə məruz qalır və buna uyğun olaraq şəbəkə elementlərindəki güc itkiləridə dəyişilir. Bu isə öz növbəsində ötürülən enerjinin və enerji itkilərinin miqdarının dəyişməsinə gətirib çıxarır.



Şək. 4.2. Davametmə müddətinə görə illik yük qrafiki


Əgər şək. 4.2-də ki 1-əyrisini, S2=f(t) funksiyası kimi verilən kvadratik 2-əyrisinə çevirsək, onda enerji itkisini hər hansı bir miqyasla bu əyri ilə məhdudlanan fiqurun sahəsi kimi aşağıdakı düsturla təyin etmək olar:

Buradan belə bir nəticə çıxır ki, elektrik enerjisi itkisini təyin etmək üçün 2-əyrisi ilə məhdudlanan sahəni ölçmək kifayətdir.



Praktiki olaraq bunu təxmini yerinə yetirmək olar, yəni, yük qrafiki şək. 4.3-də göstərildiyi kimi davametmə müddətləri t1, t2, t3, t4, t5......tn və onlara uyğun olaraq yükləri olan pilləvari yük qrafiki ilə əvəz olunur. Sonra enerji itkisini tərəfləri və tn olan düzbucaqların sahələrini cəmləməklə aşağıdakı kimi təyin etmək olar.

(4.3)

Şək. 4.3. Davametmə müddətləri olan pilləvari yük qrafiki

Elektrotexnikanın nəzəri əsasları kursundan məlumdur ki, gücün orta kvavdratik qiyməti:

kimi təyin edilir.

Bu ifadəni şək. 4.3-dəki yük qrafikinə tətbiq etmiş olsaq, onda orta kvadratik güc üçün aşağıdakı ifadəni alarıq:



burada, 8760-bir ildəki saatların sayıdır.

Orta kvadratik gücün riyazi ifadəsindən:




təyin edib (4.3) ifadəsində yerinə yazsaq, onda bir il ərzindəki enerji itkilərini orta kvadratik gücə görə aşağıdakı kimi təyin edə bilərik.

. (4.4)
Bu metod, enerji itkisinin orta kvadratik gücə əsasən təyin olunması metodu adlanır.

Bu metodun əsas çatışmayan cəhəti itkilərin təxmini olaraq təyin olunması və ancaq yük qrafiki olduqda tətbiq oluna bilməsi adlanır.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin