I mövzu plan Əsas anlayışlar və təriflər


§4.4. Maksimum yükdən istifadə saatları sayına



Yüklə 1,41 Mb.
səhifə33/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   29   30   31   32   33   34   35   36   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§4.4. Maksimum yükdən istifadə saatları sayına

görə enerji itkilərinin təyin olunması metodu
Maksimum yükdən istifadə saatları sayına görə itkilərin təyin olunması metodu daha geniş yayılmış bir metoddur. Bu metoda əsasən enerji itkilərinin hesabatı nəzərəçarpacaq dərəcədə sadələşir.

Davametmə müddətinə görə verilmiş illik yük qrafikində (Şək. 4.2), 1-əyrisi üçün elə bir T zaman müddəti tapmaq olar ki, həmin müddət ərzində dəyişməyən maksimal yüklə-Smax işləyən verilmiş xətdən, həqiqətdə il ərzində dəyişən yük S=f(t) şəraitində ötürülən yük qədər, yük ötürmək mümkün olsun.

Əgər güc əmsalı dəyişməzsə, yəni sabit qalarsa, onda bu şərt aşağıdakı kimi yazıla bilər:




(4.5)
Onda:




bərabərliyindən, maksimum yükdən istifadə saatları sayını-T aşağıdakı kimi təyin edə bilərik:


(4.6)
Əgər xətlə ötürülən illik enerji miqdarı W və maksimal aktiv güc Pmax məlum olarsa, onda (4.5) düsturundan maksimal yükdən istifadə saatları sayını aşağıdakı kimidə təyin etmək olar:
(4.7)
Hər bir təlabatçı üçün ona xarakterik olan maksimum yükdən istifadə saatları sayı mövcuddur. Hesabatlarda bu kəmiyyət statistik və sorğu məlumatları əsasında qəbul edilir. Məsələn, işıqlanma yükü üçün T=1500÷2000 saat, birnövbəli müəssisə üçün T=1800÷2500 saat, ikinövbəli müəssisə üçün T=3000÷4500 saat, üçnövbəli müəssisə üçün T=5000-:-7500 saat olur.

Maksimum yükdən istifadə saatları sayı, bu müddət ərzində elektrik enerjisi itkilərini təyin etmək üçün lazımdır:





Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin