I mövzu plan Əsas anlayışlar və təriflər


§4.5. Maksimal itkilər müddəti metodu



Yüklə 1,41 Mb.
səhifə34/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   30   31   32   33   34   35   36   37   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§4.5. Maksimal itkilər müddəti metodu
Elektrik enerjisi itkilərini təyin etmək məqsədilə istifadə olunan metodlardan biri də maksimal itkilər müddəti- metodu adlanır.

Maksimal itkilər müddəti elə bir müddətdir ki, həmin müddət ərzində dəyişməz maksimal yüklə işləyən xətdə yaranan elektrik enerjisi itkiləri, il ərzində dəyişən yük qrafiki ilə işləyən xətdəki həqiqi enerji itkilərinə bərabər olur.

Şək. 4.2-də ki 2-əyrisi ilə məhdudlanmış fiqurun sahəsini, onunla eyni sahəyə malik və tərəfləri  və olan düzbucaqlının sahəsi ilə əvəz etsək, enerji itkisi üçün aşağıdakı ifadəni alarıq:


(4.8)
Buradan maksimal itkilər müddətini-τ aşağıdakı kimi təyin etmək olar:

(4.9)
Praktikada maksimal itkilər müddəti-, maksimum yükdən istifadə saatları sayına-T əsasən təyin edilir. Belə ki, onlar arasında müəyyən bir asılılıq mövcuddur.

(4.6) və (4.9) düsturlarından göründüyü kimi  və T, yük qrafikinin dəyişmə xarakterindən, yəni inteqral işarəsi altında yerləşən S=f(t) funksiyasından asılıdır. -nun T-dən asılılığının tapılması üçün, müxtəlif T-müddətinə malik, müxtəlif təlabatçılar üçün olan bir sıra yük qrafiklərini inteqrallamaq olar. Bunu həmçinin də yük qrafiklərinin kvadratik əyriləri S2=f(t)üçün də etmək lazımdır. Sonra (4.6) və (4.9) düsturlarından istifadə etməklə, cos -nin müxtəlif qiymətləri üçün  və T arasındakı asılılığı müəyyən etmək olar. Belə hesabatların nəticələri əsasında şək. 4.4-də göstərilmiş əyrilər qurulmuşdur. Həmin əyrilərdən istifadə etməklə, maksimal itkilər metoduna əsasən, elektrik enerjisi itkilərini aşağıdakı hesabat ardıcıllığı ilə təyin etmək olar.

Bunun üçün baxılan xəttin aktiv müqaviməti R [Om], güc əmsalı cosφor=Pmax/Smax olan maksimal gücü:

və verilmiş kateqoriyalı təlabatçılar üçün maksimal yükdən istifadə saatları sayı-T məlum olmalıdır. Verilmiş orta güc əmsalı-cosφor və məlum T-dən istifadə etməklə şək. 4.4 əyrilərindən maksimal itkilər müddəti- tapılır.

Xəttin gərginliyi U [kV] məlum olduqda, (4.8) düsturundan istifadə etməklə elektrik enerjisi itkisini təyin edə bilərik:



və ya


burada, S, PQ-uyğun olaraq, [MVA], [MVt] və [MVar], U-[kV] və R-[Om].

Əgər baxılan xətt vasitəsi ilə ötürülən yük, gücləri

P1max, P2max, P3max ,..., Pnmax və maksimum yükdən istifadə saatları sayı uyğun olaraq T1, T2, T3,..., Tn olan təlabatçılar arasında paylanarsa, onda itkilərin təyin olunması zamanı maksimal yükdən istifadə saatları sayının orta qiymətindən- Tor istifadə etmək lazımdır.

Şək. 4.4.= f(T) əyriləri

Ötürülən ümumi enerjini nəzərə almaqla Tor-nı (4.7) düsturu əsasında aşağıdakı kimi təyin etmək olar:



burada,K0-yüklərin eyni zamanda işə düşmə əmsalıdı


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin