azaldılması üçün aparılan əsas tədbirlər Məlumdur ki, elektrik şəbəkələrində güc və enerji itkiləri nəzərəçarpacaq həddə çata bilir. Bu faktorlar şəbəkənin iqtisadi cəhətdən əlverişli olmamasına təsir edən əsas faktorlar adlanır. Elektrik enerjisi itkilərinin böyük bir hissəsi, təxminən (60-70) %-i xətlərin payına düşür. Onun da yarıdan çoxu gərginliyi 10 kV və ondan aşağı olan xətlərdə olur. Buna görə də aşağıdakı görülən tədbirlər əsasən gərginliyi 10 kV-a qədər olan şəbəkələrə və təlabatçılara aid edilir.
Şəbəkələrdə elektrik enerjisi itkilərinin azaldılması üçün görülən tədbirlər aşağıdakılardır:
Nominal gərginlik şkalasına əsasən daha yüksək gərginliyin tətbiq olunması (məsələn, 220 V əvəzinə 380 V, 6 kV əvəzinə 10 kV və s.);
Şəbəkənin ayrı-ayrı düyünlərində aktiv və reaktiv güclərin tənzim olunması;
Xətlərin və transformatorların iqtisadi cəhətdən əlverişli yüklənməsi üçün şəbəkənin rasional sxeminin tətbiq olunması;
Sənaye müssisələrinin enerji təsərrüfatının rasionallaşdırılması, xüsusilə güc əmsalının artırılması, elektrik mühərriklərinin gücünün və yüklənmə əmsallarının düzgün seçilməsi və s.