I mövzu plan Əsas anlayışlar və təriflər


Mövzu 11: Elektrik enerjisinin ötürülməsinin maya dəyəri



Yüklə 1,41 Mb.
səhifə37/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

Mövzu 11: Elektrik enerjisinin ötürülməsinin maya dəyəri
Elektrik enerjisinin ötürülməsinin iqtisadi cəhətdən əlverişli olmasının əsas göstəricilərindən biri onun maya dəyəri adlanır. Elektrik enerjisinin, elektrik şəbəkəsi ilə ötürülməsinin maya dəyəri, il ərzində ötürülən enerjinin 1 kVt saat-na aid edilən illik istismar xərcləri ilə təyin edilir. İllik istismar xərclərinin təyin olunması zamanı elektrik enerjisinin ötürülməsi, şəbəkənin təmiri və ona göstərilən xidmətlə bağlı bütün xərclər hökmən nəzərə alınmalıdır. Həmin xərclər aşağıdakı tərkib hissələrindən ibarətdir:

  1. Xətlərdəki elektrik enerjisi itkilərinə çəkilən xərclər;

  2. Şəbəkənin amortizasiyası üçün illik ayırmalar;

  3. Şəbəkənin cari təmirinə və xidməti heyyətin işinə çəkilən xərclər.

Elektrik enerjisi itkilərinə çəkilən xərclər aşağıdakı düsturla təyin olunur:


burada, -1 kVt saat itirilmiş enerjinin qiymətidir. Həmin qiymət baxılan şəbəkəni qidalandıran enerji sisteminə daxil olan elektrik stansiyasının tipindən və gücündən asılıdır.

Sistem tərəfindən istehsal olunan elektrik enerjisinin maya dəyəri aşağıdakı ifadə ilə təyin edilir:



burada, a-istehsal olunan enerjinin 1 kVt saat-na aid edilən

dəyişən xərclərdir; B-istehsal olunan eletrik enerjisinin miqdarından asılı olmayaraq, sistemin elektrik stansiyaları ayırdığı dəyişməyən (sabit) illik xərclər; W-il ərzində istehsal olunan elektrik enerjisini miqdarı:


burada, Pmax.st –stansiyanın maksimal aktiv gücü; Tst –stansiyanın maksimal yükdən istifadə saatları sayıdır.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin