I mövzu plan Əsas anlayışlar və təriflər


İqtisadi cərəyan sıxlığına görə naqillərin en kəsiyinin seçilməsi



Yüklə 1,41 Mb.
səhifə38/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   34   35   36   37   38   39   40   41   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

4.7. İqtisadi cərəyan sıxlığına görə naqillərin en kəsiyinin seçilməsi
Texniki-iqtisadi hesabatlar, adətən şəbəkənin elektrik sxeminin seçilməsi ilə əlaqəli olan məsələlərin kompleks şəkildə həll edilməsi üçün yerinə-yetirilir. Bununla yanaşı olaraq hər dəfə şəbəkənin hesablanması zamanı hökmən naqillərin en kəsiyi seçilməlidir. Lakin naqillərin en kəsiyi elə seçilməlidir ki, o iqtisadi cəhətdən daha sərfəli olsun.

Naqillərin seçilmiş en kəsiyinin iqtisadi cəhətdən əlverişli olması haqqında mühakimə aparmaq üçün hökmən illik istismar xərcləri ilə naqilin en kəsiyi arasındakı dəyişmə asılılığını bilmək lazımdır.

Naqillərin en kəsiyinin normaldan az olması, EVX-də yaranan itkilərin artmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq naqillərin illik istismar xərcləri də artmağa başlayır. Digər tərəfdən naqillərin en kəsiyinin normaldan çox olması zamanı ilkin xərclər artır. Bu isə öz növbəsində ötürmənin maya dəyərinin və istismar xərclərinin artmasına gətirib çıxarır. Naqillərin və kabellərin en kəsiyinin seçilməsi zamanı ilkin kapital xərclərinin müxtəlif variantları kimi istismar xərclərinin də variantları müqayisə olunmalıdır. Aydındır ki, iqtisadi cəhətdən ən əlverişli olan variant ilkin və istismar xərcləri minimal olan variantdır. Əgər variantların birində, digərinə nəzərən ilkin xərclər, istismar xərclərindən çox olarsa, onda hökmən ilkin çəkilən xərclərin ödənmə müddəti variantı təyin edilməlidir. Əgər ödəmə müddəti 8 ildən azdırsa, üstünlük istismar xərcləri az olan varianta verilməlidir. Ödəmə müddəti 10 ildən çox olarsa, onda iqtisadi cəhətdən əlverişli variant, ilkin xərcləri az olan variant hesab olunur. Ödəmə müddəti 8-10 il arasında olarsa, onda variantlar iqtisadi cəhətdən eynigüclü olur. Belə olduqda variantların seçilməsi başqa göstəricilərə görə: əlvan metalın az sərfinə, istismarın rahat olmasına və s. aparılır.

Aparılan mühakimələri nəzərə aldıqda, şəbəkənin illik ümumi istismar xərcləriaşağıdakı kimi hesablana bilər:

burada, C1-elektrik enerjisi itkilərinə ayrılan xərclərdir; C2-şəbəkənin amortizasiyası üçün illik ayırmalar; C3-şəbəkənin cari təmirinə və xidməti heyyətin işinə çəkilən xərclər; -1 kVt saat itirilmiş enerjinin qiymətidir; -amortizasiya ayırmalarının faizlə qiyməti; -cari təmirə və xidməti heyyətin işinə çəkilən xərclərin faizlə qiyməti; K-şəbəkənin qurulmasına ayrılan ilkin xərclərdir.

C1- naqilin en kəsiyinə tərs mütənasib olaraq dəyişir. C2 və C3-isə naqilin en kəsiyi ilə düz mütənasib olaraq dəyişirlər, yəni, naqilin en kəsiyi nə qədər böyük olarsa, onda ilkin kapital qoyuluşu da bir o qədər çox olar. Bu deyilənləri nəzərə alaraq C1(F)(C2+C3)(F) əyriləri qurulur. Həmin əyriləri cəmləməklə illik istismar xərcləri ilə naqilin en kəsiyi arasındakı asılılığı-C(F) şək. 4.5-ki kimi göstərmək olar.

Şəkildən görünür ki, naqilin en kəsiyi artdıqca, itkilər qiyməti azalır, kapital qoyuluşları isə artır. Lakin naqilin en kəsiyinin iqtisadi cəhətdən əlverişli olan elə bir qiyməti tapılır ki, həmin qiymətdə illik istismar xərcləri minimum olur.


Şək. 4.5. İllik istismar xərcləri-C ilə naqilin en kəsiyi-F

arasındakı asılılıq.

Naqilin, illik istismar xəclərini minimuma endirən en kəsiyi, onun iqtisadi en kəsiyi adlanır və Fiq-ilə işarə olunur.

Beləliklə, güman etmək olar ki, naqilin iqtisadi en kəsiyinin təyin olunması üçün, C(F) riyazi funksiyasını bilmək, bu funksiyanın minimumunu təyin edib onun üçün Fiq-ni tapmaq kifayətdir. Lakin qeyd etmək lazımdır ki, naqilin iqtisadi en kəsiyinə təsir edən bütün mürəkkəb faktorların eyni zamanda riyazi modeldə nəzərə alınması mümkün deyil. Elə buna görə də elektrik avadanlıqlarının quraşdırılması qaydalarında müxtəlif materiallardan hazırlanmış naqillərin, həmçinin də maksimum yükdən istifadə saatları sayı müxtəlif olan kabel və hava xətlərinin naqilləri üçün iqtisadi en kəsiyinin təyin olunmasında naqilin hər mm2-nə düşən iqtisadi cərəyan sıxlığını nəzərə almaqla aşağıdakı düsturdan istifadə edilməsi məsləhət görülür:

(4.18)
burada, Imax-şəbəkənin normal iş rejimi zamanı naqildən axan maksimal yük cərəyanı, (A);jiq-iqtisadi cərəyan sıxlığı,

İqtisadi cərəyan sıxlığı, naqilin və ya kabelin materialından, konstruktiv quruluşundan və eyni zamanda maksimal yükdən istifadə saatları sayından asılı olaraq cədvəl 4.1-yə əsasən təyin edilir.

Cədvəldən görünür ki, naqilin materialının keçiriciliyi nə qədər çoxdursa (məsələn, alüminiumla müqayisədə mis) və ya xətt nə qədər bahadırsa (məsələn, hava xətti ilə müqayisədə kabel xətti), onda iqtisadi cərəyan sıxlığı bir o qədər yüksək və buna uyğun olaraq (4.18) düsturuna görə hesablanan iqtisadi en kəsik isə az olur. Həmin düsturuna əsasən naqilin hesablanmış en kəsiyi, standartlardan ona yaxın olan en kəsiyə bərabər olaraq seçilir. Eyni zamanda cədvəldən görünür ki, iqtisadi cərəyan sıxlığı ilə maksimum yükdən istifadə saatları sayı, bir-biri ilə tərs mütənasibdirlər, yəni, T artdıqca, jiq-azalır. Buna uyğun olaraq iqtisadi en kəsik artır, illik elektrik enerji itkisi azalır, şəbəkənin qurulmasına çəkilən xərclər isə artır.

Əgər təlabatçının maksimum yükü axşam vaxtına düşərsə, onda cədvəl 4.2-yə əsasən təyin olunan iqtisadi cərəyan sıxlığı 40% artırılmalıdır. Həmçinin də en kəsiyi 16mm2 və ondan aşağı olan izolə olunmuş naqillər üçün də iqtisadi cərəyan sıxlığı 40% artırılmalıdır.

Qəza halları zamanı cərəyanın artması, iqtisadi en kəsiyin təyin olunmasında nəzərə alınmır.
Cədvəl 4.1

İqtisadi cərəyan sıxlığı- jiq, A/mm2



Maksimal yükdəm istifadə müddəti,

T, saat


Çılpaq naqillər və şinlər

Kağız zolyasiyalı kabellər və rezin izolyasiyalı naqillər

Rezin izolyasiyalı kabellər

Damarlar

Damarlar

mis

alüminium

mis

alüminium

mis

alüminium

1000-3000

3000-5000

5000-8760


2,5

2,1


1,8

1,3

1,1


1,0

3,0

2,5


2,0

1,6

1,4


1,2

3,5

3,1


2,7

1,9

1,7


1,6

Belə ki, qəza rejimi qısamüddətli olur və o iqtisadi en kəsiyə təsir etmir.

Əgər elektrik enerjisi təlabatçılarını qidalandırmaq üçün layihədə iki paralel xətt nəzərdə tutulursa, onda təlabatçının normal rejimdəki cərəyanı yarıya bölünür və hər bir xətt üçün iqtisadi en kəsik hesablanır və ya hesablanmış ümumu iqtisadi en kəsik yarıya bölünür:




Elektrik veriliş xəttinin tikintisi qurtardıqdan sonra təlabatçıların yükü həmin anda hesabi qiymətinə qədər artmır. Bir neçə ildən sonra o hesabi qiymətə yaxınlaşır. Bundan sonra xəttin yükü sabit qalmır, qaydaya əsasən o artmaqda davam edir. Buna görə də hava elektrik veriliş xətlərinin iqtisadi en kəsiyinin seçilməsi üçün hesabi cərəyan kimi, onun istismarının beşinci ilindəki normal iş rejimi üçün gözlənilən hesabi cərəyan qəbul edilir. Bu zaman cərəyanın gələcəkdə dəyişməsini nəzərə ala bilən düzəliş əmsalından hökmən istifadə olunmalıdır. Həmin əmsal aşağıdakı düsturla hesablanır:


,
burada, -xəttin, beşinci il cərəyanına aid edilən,birinci istismar ilindəki hesabi cərəyanı; -xəttin beşinci ildəki cərəyanına aid edilən, beşinci istismar ilindən sonrakı maksimal hesabi cərəyanı.

Kabelin iqtisadi en kəsiyinin təyin olunması zamanı əgər en kəsik 150 mm2–dən az olarsa, onda təlabatçıların qidalandırılması zamanı ehtiyyat xətdən, yəni iki kabeldən istifadə edilməsi tələb olunmur. Əgər en kəsik 150 mm2 –dən çox olarsa, onda hər birinin en kəsiyi 150 mm2 olan bir neçə kabeldən istifadə etmək məsləhətdir. Məsələn, Fiq=285 mm2 olarsa, onda en kəsiyi 95 mm2 olan üç ədəd kabel yox, iki ədəd 150 mm2 –lik kabel seçmək iqtisqadi cəhətdən əlverişlidir. Yaxud hesabata görə iqtisadi en kəsik 470 mm2 olarsa, onda 240 mm2 –lik iki ədəd kabel yox, 150 mm2 –lik üç ədəd kabel seçilməlidir.

Əgər şəbəkə müxtəlif maksimal yükləri olan ayrı-ayrı hissələrdən ibarət olarsa, onda həmin hissələr üçün onların maksimal yüklərinə uyğun iqtisadi en kəsik seçilməlidir. Əgər şəbəkənin həmin hissələri qidalandıran xətləri, maksimum yükdən istifadə saatlar sayı müxtəlif olan təlabatçıları qidalandırırsa, onda hər bir hissə üçün (4.11) düsturu əsasında Tor hesablanmalıdır.

Əgər təlabatçılar xəttə aralarındakı məsafəsi az olan yerlərdən qoşularlarsa, onda praktiki və konstruktiv nöqteyi nəzərindən hər bir hissə üçün xüsusi en kəsiyə malik naqilin seçilməsi məqsədəuyğun hesab olunmur. Belə olan halda xəttin bütün uzunluğu boyu eyni en kəsiyin seçilməsinə üstünlük verilir və iqtisadi en kəsik ən çox yüklənmiş hissəyə görə seçilir. Bu zaman iqtisadi cərəyan sıxlığına, xətdəki yükün qeyri-bərabərliyini nəzərə alan və birdən böyük olan düzəliş əmsalı daxil edilir. Bu cür ekvivalent iqtisadi cərəyan sıxlığı aşağıdakı düsturla təyin edilir:


(4.19)
burada, jiq-sonunda bir yükü olan xətt üçün iqtisadi cərəyan sıxlığıdır, burada T=Tor (4.11) düsturuna bax; kd.ə-xəttin hər bir hissəsindəki cərəyanın kvadratından və həmin hissənin uzunluğundan asılı olan düzəliş əmsalıdır.

Bu əmsal aşağıdakı düsturla tapılır:



burada, I1, I2, I3,...,In-xəttin ayrı-ayrı hissələrindəki cərəyanlar;l1,l2, l3,...,ln - ayrı-ayrı hissələrin uzunluqları; L –xəttin tam uzunluğudur.

Qeyd etmək lazımdır ki, naqillərin en kəsiyinin seçilməsinin əsas metodu, onun iqtisadi cərəyan sıxlığına görə seçilməsi metodu adlanır. Bu metod naqillərin en kəsiyinin digər əlamətlərə görə, məsələn, yük cərəyanlarının yaratdığı buraxılabilən qızmaya görə və ya buraxılabilən gərginlik itkisinə görə yoxlanmasını inkar etmir. Bu zaman son nəticə olaraq həmin hesabatlardan alınan maksimal en kəsik götürülməlidir.

Əgər seçilmiş iqtisadi en kəsik buraxılabilən qızma şərtini ödəyir, lakin gərginlik itkisi nöqteyi nəzərindən kifayət etmirsə, onda şəbəkə üçün seçilmiş gərginliyin qiymətinə yenidən baxılmalıdır, yəni, gərginlik ya növbəti nominal qiymətinə qədər artırılmalı, ya da xətdəki gərginlik itkisinin kompensə olunması üçün tədbirlər görülməlidir (məsələn, kondensatorların paralel və ya ardıcıl qoşulması, tənzimləyici transformatorların quraşdırılması və s.).

İqtisadi cərəyan sıxlığına riayət etmək üçün, etibarlığa görə seçilmiş xətlərin sayının artırılması, ancaq texniki-iqtisadi hesabata əsaslanmaqla icazə verilə bilər. Əgər xətlərin sayının bu cür artırılması, hesabi xərclərin artmasına gətirib çıxarırsa, onda iqtisadi cərəyan sıxlığının normativ qiymətini iki dəfəyə qədər artırmağa icazə verilir.

EAQQ-na əsasən aşağıdakılar iqtisadi cərəyan sıxlığına görə seçilmir:


  • əgər maksimum yükdən istifadə saatları sayı 4000-5000 saatı aşmırsa, onda sənaye müəssisələrinin gərginliyi 1000 V-a qədər, olan şəbəkələri;

  • gərginliyi 1000 V-a qədər olan ayrı-ayrı təlabatçılara verilən bütün ayrılmalar, həmçinin də işıqlanma şəbəkələri;

  • müvəqqəti və ya xidmət müddəti 3-5 il olan tikililərin şəbəkələri;

  • sabit və gərginliyi 330 kV və ondan yüksək olan dəyişən cərəyan xətləri, sistemlərarası əlaqə xətləri, sənaye məssisələrinin gücü böyük olan cərəyan xətləri. Bu xətlərin en kəsiyi konkret texniki iqtisadi göstəricilərə görə aparılmalıdır.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin