§1.6.5.Neytralı yerlə çox möhkəm birləşdirilmiş şəbəkələr
Neytralı yerlə möhkəm birləşdirilmiş və nominal gərginliyi 110 kV və yüksək olan şəbəkələrdə daxili gərginlik artımı, qaydaya görə neytralı izolə və ya neytralı kompensə olunmuş şəbəkələrdəkinə nisbətən az olur, yəni bu artım 2,5Unom qiymətindən artıq olmur.
Yerlə birfazalı qısa-qapanmalar zamanı, sağlam fazaların yerə nəzərən gərginliyinin, xətt gərginliyinin 0,8 hissəsindən artıq olmaması üçün, şəbəkənin istənilən nöqtəsindəki birfazalı qısa-qapanma cərəyanı, həmin nöqtədəki üçfazalı qısa-qapanma cərəyanının 60%-dən az olmamalıdır. Yerlə belə qapanma cərəyanı, verilmiş gərginlikli elektrik şəbəkəsində, tələb olunan miqdarda quraşdırılmış transformatorların neytrallarının torpaqlanması ilə əldə olunur.
Bu baxımdan ən ideal həll şəbəkəyə daxil olan bütün transformatorların neytrallarının torpaqlanmasıdır. Ancaq məsələnin bu cür həll edilməsi məqsədə uyğun deyil. Belə ki, əgər bu cür olarsa, onda şəbəkədə birfazalı yerlə qapanma cərəyanı güclü şəkildə artar və şəbəkənin işi mürəkkəbləşə bilər (torpaqlayıcı qurğunun qiyməti bahalaşar, rabitə və siqnalizasiya xətlərinə olunan təsir güclənər və s.).
Mövzu 5
ELEKTRİK SİSTEMİNƏ DAXİL OLAN ELEMENTLƏRİN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ, PARAMETRLƏRİ VƏ ƏVƏZ SXEMLƏRİ
Plan
Əsas anlayışlar və təriflər
Elektrik veriliş xətlərinin əvəz sxemininqurulması
Elektrik veriliş xəttinin aktiv müqaviməti
Elektrik veriliş xəttinin induktiv müqaviməti
Elektrik veriliş xəttinin tutum müqaviməti
Dostları ilə paylaş: |