§3.8.3. İkidolaqlı transformatorlarda yaranan aktiv və reaktiv güc itkiləri
Məlumdur ki, transformator yükə qoşulduqda onun əvəz sxemində göstərilən uzununa müqavimətlərindən yük cərəyanı axmağa başlayacaq. Həmin cərəyan transformatorun RT aktiv və XT reaktiv müqavimətlərində uyğun olaraq aktiv və reaktiv güc itkiləri yaradacaq. Buradan belə bir nəticə çıxır ki, transformatorda yaranan güc itkiləri onun uzununa müqavimətlərindən axan yük cərəyanından I2 və S2gücündən asılı olaraq dəyişir.
Bu ifadələrdə, RT vəXT-nin qiymətlərini yerinə yazıb və U2≈Unomqəbul etsək onda transformatorda yaranan aktiv və reaktiv güc itkiləri üçün aşağıdakı ifadələri alarıq:
Elektrik maşınları kursundan, məlumdur ki, transformatorlarda yaranan ümumi aktiv və reaktiv güc itkiləri, yüksüz işləmə itkiləri ilə, onun dolaqlarında yaranan uyğun güc itkilərinin cəminə bərabərdir, yəni:
Əgər, şəbəkədə k sayda eyni transformator ümumi S2gücünə paralel qoşularsa, onda onların ekvivalent aktiv və reaktiv müqavimətləri k dəfə azalar (RT/k ; XT/k), aktiv və reaktiv keçiricilikləri isə k dəfə artar (kgT; kbT). Bu səbəbdəndə paralel qoşulmuş k sayda eyni transformatorların yüksüz işləmə güc itkiləri k dəfə artar, aktiv və reaktiv güc itkiləri isə k dəfə azalar, yəni:
Dostları ilə paylaş: |