I mövzu plan Əsas anlayışlar və təriflər


§5.3. Qızmaya görə naqillərin və kabellərin seçilməsi və yoxlanması



Yüklə 1,41 Mb.
səhifə42/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§5.3. Qızmaya görə naqillərin və kabellərin seçilməsi və yoxlanması
Sənaye müəssisələrinin istehlakçılarına elektrik enerjisi, elektrik şəbəkələri və sistemləri vasitəsilə verilir və onlar arasında paylaşdırılır. Bunun üçün müvafiq elektrik yüklərini qidalandırmaq məqsədi ilə naqil və kabellərin en kəsiyinin və markasının seçilməsi elektrik şəbəkələrinin və sistemlərinin layihələndirilməsində əsas yerlərdən birini tutur.

Qeyd etmək lazımdır ki, naqillərin və kabel damarlarının en kəsiyi, aşağıdakı bir sıra texniki iqtisadi faktorları nəzərə almaqla seçilməlidir:



  1. Uzunmüddətli buraxılabilən (hesabi) cərəyanın təsiri nəticəsində yaranan qızma;

  2. Qısa-qapanma cərəyanlarının yaratdığı qısamüddətli qızma;

  3. Normal və qəza rejimlərində naqillərdən və ya kabel damarlarından axan cərəyanın yaratdığı gərginlik itkisi;

  4. Mexaniki möhkəmlik:- mexaniki yüklərə qarşı dayanıqlı olma (xüsusi çəki); ətraf mühitin zərərli təsirlərinə qarşı dayanıqlı olma (duzluluq, turşuluq, tozluluq, buz bağlama, külək);

  5. Tac əmələ gəlməsi nəticəsində yaranan itkilər (bu faktor naqilin gərginliyindən, en kəsiyinin sahəsindən və ətraf mühitin şərtlərindən asılıdır).

Göstərilən faktorların hava və kabel xətlərinə təsiri eyni dərəcədə deyil. Beləki, hava və kabel xətləri özünəməxsus xüsusiyyətlərlə xarakterizə olunurlar.

Beləliklə, naqillərin və kabellərin en kəsiyinin texniki şərtlərə əsasən seçilməsi zamanı aşağıdakılar yoxlanmalıdır:



  • FqUzunmüddətli cərəyanın yaratdığı qızmaya görə buraxılabilən minimal en kəsik;

  • Ft.d-qısa-qapanma cərəyanının yaradığı qızmaya görə (termiki dayanıqlığa görə) buraxılabilən minimal en kəsik;

  • Fm.m-mexaniki möhkəmliyə görə buraxılabilən minimal en kəsik;

  • Ft-tac əmələ gəlməsinə görə buraxılabilən minimal en kəsik;

  • FΔU-gərginlik itkisinə görə buraxılabilən minimal en kəsik.

Yuxarıda göstərilən en kəsiklərdən ikisi, yəni Fm.mFt hesabatla təyin edilmirlər. Onlar standart en kəsiklərdir və onların qiyməti kataloqlarda verilir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin