AÇIQ ŞƏBƏKƏLƏRİN GƏRGİNLİK İTKİSİNƏ GÖRƏ HESABLANMASI
§6.1. Yerli şəbəkələrin xətlərində buraxılabilən
gərginlik itkisi Yerli şəbəkələr, ya elektrik stansiyalarının generator gərgliyinə malik olan şinlərdən ya da ikinci tərəf gərginliyi 6-10-35 kV olan rayon yarımstansiyalarının və stansiyalarının paylayıcı şinlərindən qidalanırlar. Elektrik enerjisinin qidalanma mənbəyindən təlabatçılara qədər ötürülməsi prosesi xətlərdə və transformatorlarda gərginlik itkiləri ilə müşayət olunur. Elə buna görə də təlabatçıların sıxaclarındakı gərginlik tez-tez müəyyən dəyişikliyə məruz qalır.