I mövzu plan Əsas anlayışlar və təriflər


§ 1.6.2. Gərginliyi 1000 V-dan yüksək olan şəbəkələrin neytral rejimi



Yüklə 1,41 Mb.
səhifə9/48
tarix31.12.2021
ölçüsü1,41 Mb.
#113398
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
Elektrik enerjisinin ötürülməsi və paylanmasi

§ 1.6.2. Gərginliyi 1000 V-dan yüksək olan şəbəkələrin neytral rejimi
Gərginliyi 1000 V-dan yüksək olan elektrik şəbəkələri, EAQQ-na əsasən yerlə kiçik qapanma cərəyanı (Iqq 500 A) və yerlə böyük qapanma cərəyanı (Iqq> 500 A) olan elektrik qurğularına ayrılırlar. Yerlə kiçik qapanma cərəyanı olan şəbəkələrə neytralıizolə olunmuş və ya neytralı kompensə edilmiş şəbəkələr aid edilir. Yerlə böyük qapanma cərəyanı olan şəbəkələrə isə neytralı yerlə möhkəm birləşdirilmiş şəbəkələraid olunur.

Neytralı izolə edilmiş şəbəkələrdə yerlə birfazalı qapanma cərəyanı, şəbəkə fazalarının yerə və ya kabellərin yerlə birləşdirilmiş metal örtüklərinə nəzərən qismi tutumları vasitəsi ilə təyin edilir və o şəbəkənin gərginliyindən, konstruktiv quruluşundan və ölçüsündən (eni, uzunluğu) asılıdır. Neytralı kompensə edilmiş şəbəkələrdə yerlə qısa-qapanma cərəyanı, qövssöndürücü sarğacın uyğun tənzimlənməsi vasitəsi ilə mümkün minimal qiymətinə qədər məhdudlaşdırılır.

Neytralı yerlə möhkəm birləşdirilmiş şəbəkələrdə, yerlə və ya elektrik qurğularının yerlə birləşdirilmiş hissələri ilə qapanma zamanı çox böyük qısa-qapanma cərəyanları axır. Buna görə də zədələnmiş hissənin qısa müddətdə dövrədən açılması üçün, onlar etibarlı avtomatik açılma mexanizmi ilə təchiz ediməlidirlər. Əksinə, neytralı izolə edilmiş və ya kompensə olunmuş şəbəkələrin vacib xüsusiyyətlərindən biri ondan ibarətdir ki, praktikada tez-tez baş verən birfazalı yerlə qapanmalar zamanı onlar, zədələnmiş hissənin təcili açılmasını tələb etmir. Bu cür vəziyyətdə belə şəbəkələr ehtiyyat mənbə qoşulana və ya elektrik enerjisi kəsilənə qədər bir neçə saat işləyə bilərlər.

Gərginliyi 35 kV-a qədər olan şəbəkələr neytralı izolə edilmiş və ya kompensə olunmuş formada, gərginliyi 110 kV və yüksək olan şəbəkələr isə neytralı yerlə möhkəm birləşdirilmiş formada hazırlanırlar.

Neytralının yerlə birləşdirmə forması müxtəlif olan şəbəkələrin işləmə xüsusiyyətlərini araşdıraq.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin