Heca ad Hərfi ad Oxunuşu
Do C-c tse
Re D-d de
Mi E-e e
Fa F-f ef
Sol G-g qe
Lya A-a a
Si H-h ha
Əsas pillələri zilləşdirib bəmləşdirərkən, hərfi adların axırına diyez əvəzinə "is", bemol əvəzinə "es", dubl diyez əvəzinə "isis", dubl bemol əvəzinə "eses" hecaları yazılır. Məsələn: do diyez - cis, re bemol-des, fa dubl diyez - fisis, sol dubl bemol-geses və s.
Musiqi səsdüzümündə yerləşən yeddi tam və iki natamam oktava səslərini tapmaq üçün, səslərin hərflərlə yazılmış sistemindən istifadə edilir. Həmin sistem aşağıdakı qayda üzrə tətbiq olunur:
Subkontr oktavanın notları: A2, B2, H2. Böyük hərflə yazılır, altından iki xətt və ya indeksinə 2 rəqəmi yazılaraq göstərilir.
Kontroktavanın notları: C1, D1 E1, F1, G1, A1, H1 və yaxud altından bir xətt çəkilir.
Böyük oktavanın notları böyük yazılır: C, D, E, F, G, A, H.
Kiçik oktavanın notları kiçik yazılır: c, d, e, f, g, a, h.
I oktavanın notları kiçik hərflərlə yazılır, üst tərəfindən 1 rəqəmi, və ya 1xətt çəkilir.
1 1 1 1 1 1 1
c, d, e , f, g , a, h.
II oktavanın notları kiçik hərflərlə yazılır, üst tərəfindən 2 rəqəmi, və ya 2 xətt çəkilir.
2 2 2 2 2 2 2
c, d, e , f, g , a, h.
III oktavanın notları kiçik hərflərlə yazılır, üst tərəfindən 3 rəqəmi və ya 3 xətt çəkilir.
3 3 3 3 3 3 3
c, d, e , f, g , a, h.
IV oktavanın notları kiçik hərflərlə yazılır, üst tərəfindən 4 rəqəmi və ya 4 xətt çəkilir.
4 4 4 4 4 4 4
c, d, e , f, g , a, h.
5
V oktavada bir not var: c
5. Notların əsas ölçüsündən artıq vaxt ərzində səslənməsi üçün bir neçə işarədən istifadə olunur.
Liqa-qövsvari işarədir. İki eyni səsin bərləşməsindən əmələ gələrək ölçünü uzadır. Bu zaman ikinci not çalınmır və öz ölçüsü əvvəlki notun uzunluğuna aid olur.
Dostları ilə paylaş: |