İxtisas: İSM
Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu:2. İ.S.Bax., İ.Haydn. Həyat və yaradıcılıq yolu
Ədəbiyyat siyahısı:
1. S.Qasımova, R.Zöhrabov. Musiqi ədəbiyyatı. Bakı, 1992.
2.T.Hüseynova . Musiqi ədəbiyyatı, Bakı, 1992.
3.Ş.Həsənova. Musiqi tarixindən mühazirələr. (I-II hissələr), Bakı, 2012.
4.M.Babayeva. Xarici ölkələrin musiqi ədəbiyyatı. Naxçıvan, 2018.
5. S.Qasımova, N.Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986.
6. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, 2006
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com
Plan
1.İ.S.Baxın yaradıcılıq irsi
2.İ.Haydnın həyat və yaradıcılıq irsi
1.İOHANN SEBASTYAN BAX (1685-1750)
İ .S.Bax dahi alman bəstəkarı və orqan musiqiçisi, barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən məşhur və sevilən bəstəkarlarından biri olmuşdur.
Bax yaradıcılığında XVIII əsrə qədərki Avropa musiqisinin ən mühüm üslub, cərəyan və təmayülləri ümumiləşdirilmişdir. İntibah dövrünün polifoniyası, protestant xoralı, İtaliyanın orqan və klavir musiqisi, opera sənəti, skripka məktəbinin ənənələri və orkestr musiqisi, Fransanın klavesin məktəbinin ənənələri, ingilis bəstəkarlarının yaradıcılığı və s. Bax sənətində öz inkişafının ən yüksək zirvəsinə çatmışdır. Niderland məktəbindən sonra polifoniya sənəti məhz Baxın simasında öz böyük sənətkarını tapmışdır. Onun əsərləri sərbəst polifonik üslubun zirvəsi hesab olunur. Baxın zəngin yaradıcılıq irsi 1000-dən artıq əsərdən ibarətdir.
İ.S.Bax 1685-ci il, martın 21-də Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində dünyaya gəlmişdir. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Baxın sonbeşiyi olmuşdur. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər olmaqla, kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər.
1694-cü ildə Baxın anası, səkkiz ay sonra isə atası vəfat edir. On yaşlı Bax böyük qardaşı, İ.K.Baxın (1671-1721) himayəsi altına keçir və qardaşından musiqi dərsləri almağa başlayır. Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxlbel və İohann Yakob Forberqer kimi simalarının, eləcə də şimali alman musiqi məktəbinin Jan Batist Luli, Luis Merşan, Marin Mere və italyan musiqiçisi Gorolamo Freskobaldi yaradıcılığı ilə yaxından tanış edir.
14 yaşında Bax Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Bu məktəbdə oxuduğu illər ərzində fransız və italyan dillərinə, həmçinin din, tarix, coğrafiya, fizika və latın dillərindən də mükəmməl təhsilə yiyələnir. 1703-cü ilin yanvar ayında təhsilini bitirir. Lakin universitetə girmək əvəzinə iş axtarmağa başlayır.
Bax həyatı boyu Almaniyanın bir şəhərindən o birinə köçmüş, Leyspiq, Veymar, Hötendə yaşamışdır. Bu şəhərlərin hər birində o, müəyyən janrlarda daha çox işləmişdir. Məsələn: klavir, skripka və başqa alətlər üçün əsərlərinin çoxunu o, Veymarda (1708-1717); Hötendə (1717-1723) orqan; Leypsiqdə isə kantor vəzifəsində çalışmış (1723-1750), vokal-instrumental əsərlərini bəstələmişdir.
1708-ci ildən 1717-ci ilədək Bax Veymar şəhərində yaşayır. Burada o, İtalya musiqisini, Freskoboldi, Vivalde, Skarlatti və başqalarını öyrənir. O, həmçinin ədəbi, fəlsəfi əsərlərə də ciddi maraq göstərir.
Konrapunkt texnikasının ustası olan Bax fuqalarını məhz Veymarda yazmağa başlayır. Onların arasında orqan üçün məşhur d moll (re minor) “Tokatta və fuqa”, c moll (do minor) “Passakaliya” var. Öz melodiyalarının gözəlliyi ilə fərqlənən bu əsərlər Bax lirikasının ən yaxşı nümunələridir.
V eymardakı illər Baxın böyük oğlu V.Fredman üçün yazdığı "Orqan haqqında kitab" ilə yadda qalır.
1717-ci ildə Bax Veymardan Höten şəhərinə köçür. Burada o, klavir, skripka, violençel və fleyta üçün əsərlər, həmçinin ikisəsli və üçsəsli invensiyaları, klavir üçün 48 "Yaxşı temperasiyalı prelyüd və fuqalarını" (iki cild, hər birində 24+24=48), orkestr üçün ən məşhur "Brandenburq konserti"ni yazır.
1727-1729-cu illər arasında Bax "İncil"in müxtəlif hissələrini təsvir etdiyi musiqi texnikası qədər ruhani dərinliyində olan xorlar və ariyalar bəstələyir. 1739-cu ildə yazdığı "Böyük on səkkiz" xoralları da orqan musiqisinin ən parlaq nümunəsidir..
1747-ci ildə Bax Prusillay kralı II Fridrixin Postdamdakı sarayına gedir. Burada kral Bax üçün bir parça ifa edir və Baxı ifa etdiyi parçaya fuqa improvizə etmək əmri ilə sınağa çəkir. Bax kralın əmrinə cavab olaraq II Fridrixin şəxsi fortepianosunda ona üç hissəli fuqa improvizə edir, daha sonra yenisini ifa edir və bir qədər sonra isə krala "Kral parçası" əsasında bəstələdiyi fuqa, kanon və triyolardan ibarət "Musiqili hədiyyə" əsərini təqdim edir.
Ölümündən sonra nəşr olunmuş və çox güman ki, bəstəkarın ölümündən bir neçə il əvvəl yazılmış "Fuqa sənəti" əsəri tamamlanmamışdır. Bu əsər sadə melodiyalı 18 mürəkkəb fuqa və kanondan ibarətdir. Tematik transformasiyaların və kontrapunkt alətlərin "maqnum opusu" (məşhur nümunəsi) hesab olunan bu əsər əksər hallarda polifonik üslubun məcmuəsi sayılır.
Baxın tamamlanmamış olduğu sonuncu əsəri, ölüm yatağında olarkən, kürəkəni İohann Altnikola həsr etmiş olduğu, orqan üçün xor prelyüdasıdır. "Taxt-tacın önündə ində mən dayanmışam" ("Vor dienen Thron trect ich hiermit") adlı bu əsərin kadensiyasının üç notu çap edildikdə və Roma əlifbasıyla oxunduqda onun adının üç baş hərfi "İSB" göstərilir. Bu xoral bir qayda olaraq tamamlanmamış 14-cü fuqasından öncə "Fuqa sənəti" əsərinin sonunda ifa olunur. Ömrünün son illərinə yaxın Bax görmə qabiliyyətini itirməyə başlayır.
1750-ci ildə Britaniyalı oftamoloq Con Teylər Leypçiqə səfəri zamanı, Baxın gözlərində cərrahiyyə əməliyyatı aparır. Elə həmin il İ.S.Bax 65 yaşında əməliyyatın uğursuz nəticələri səbəbindən vəfat edir.
Baxın yaradıcılıq üslubu onun kontrapunkt texnikasını kəşfi, qeyri-adi improvizə etmə istedadı, cənubi və şimali alman, eləcədə italyan, və fransız musiqi məktəbləri ilə tanışlığı və onun Lüteran liturgiyasına olan aşkar bağlılığından qaynaqlanır.
Bu baxımdan Baxın Lüteran təriqəti ilə sıx bağlılığı və dövründə dini musiqiyə olan tələbat səbəbindən yaratmış olduğu dini musiqilər, xüsusən, "Lüteran xor himn nəğmələri" onun yaradıcılığının əsas hissəsini təşkil edir
Bax demək olar ki, (operadan başqa) bütün musiqi janrlarında əsərlər yazmış və yalnız özünə xas olan bir üslub yaratmışdır. Bəstəkar həm fəlsəfi, həm məişət, həm də tədris-təhsil məqsədi ilə yazılmış əsərlərin müəllifidir. Bu məqsədlə yazdığı əsərlərə misal olaraq: “Yaxşı temperasiyalı klavir” (15 ikisəsli, 15 üçsəsli invensiyalar latınca -ixtira deməkdir, kiçik prelyüd və fuqaları göstərə bilərik) məntiq, məna və bədii təsir qüvvəsinə görə dünya musiqi xəzinəsinin ən nəzərə çarpan sərvətlərindəndir.
Bax həmçinin, dahi messalar, simfoniyalar (simfoniya lirik, ifaədəli musiqidən ibarət olub, əhval-ruhiyyənin dəyişilməsinə səbəb olur) passionlar, kantatalar,6 fransız, 6 ingilis suitası (suita fransızca "ardıcıllıq, növbələşmə" deməkdir, əsasını 4 rəqs təşkil edir: allemanda-alman, kuranta-fransız, sarabanda-ispan, jiqa-ingiltərə) , klavir, orqan və skripka üçün yazılmış əsərlərin müəllifidir. Bütün bu əsərlər "BWV" rəqəmləri ilə indeksləşdirilib.
Əsas əsərləri: vokal instrumental: Si minor messası, "Matveyin əzablrı", "İohannın əzabları" oratoriyaları; orkestr üçün: 4 üvertüra, 6 Brandenburq konserti;skripka, iki klavir, üç klavir, və orkestr üçün konsertlər; Orqan üçün: xoral prelüdlər, do minor passakaliyası, prelüd və fuqalar. fantaziya və tokkata və s.
2. YOZEF HAYDN (1732-1809)
A vstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi F.Y.Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir.
Musiqidə klassisizmin yüksək inkişaf səviyyəsi İ.Haydn, V.A.Motsart və L.Bethovenin yaradıcılığında əks olunur. XVIII əsrin ikinci yarısı və XIX əsrin başlanğıcı, bu üç böyük bəstəkarın əsərləri ilə zinətlənir ki, bu da Vyana klassik məktəbinin necə böyük səviyyəyə malik olduğunu göstərir.
Y.Haydn 1732-ci ildə Avstriyanın Rorau kəndində kareta ustası Mattias Haydnın ailəsində anadan olmuşdur. Atası musiqini sevir, arfada çalır, anası isə yaxşı oxuyurdu. Ailə çətinliklə dolansa da, altı yaşlı Yozef Vyanadakı Müqəddəs Stefan kilsəsinin xorunda oxumuş, bütün musiqi alətlərində çalmağı öyrənmişdi. İki il sonra isə Müqəddəs Stefan kilsəsinin kapellasında xorist işləməyə başlamış, lakin "tam peşə yararsızlığına görə" tezliklə xordan qovulmuşur.
Y.Haydn dolanmaq üçün not koçürür, nəğmə müəllimi, küçə musiqiçisi, skripkaçalan, orqançalan və akkompaniator işləyir. Gələcək bəstəkarın həyat eşqi və nikbinlik kimi gözəl keyfiyyətləri onu yaşamağa vadar edir.
1759-cu ildə qraf Morstinin sarayında kapelmeyster işləyərkən ilk simfoniyasını, “Axsaq şeytan” zinqşpil operasını, serenada və kvartetlərini yazmışdır.
1 761-1790-cı illərdək Eyzenştad da macar knyazı Esterhazenin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi fəaliyyət göstərir. Əksər simfoniya və operalarını Esterhazenin kapellası və ev teatrı üçün bəstələyir. Onun ən çox sevdiyi janr simfoniya idi. haydn "Səhər", "Axşam", "Ayı", "Saat" adlı populyar simfoniyaların müəllifidir.
Esterhazenin sarayından Vyanaya qayıdarkən yazdığı “Vida” simfoniyası bəstəkarı mədəni həyatda daha məşhurlaşdırdı. Skripkaçı İ.P.Zalomonun daxil olduğu “Abonemetli konsertlər” təşkilatının dəvəti ilə Londona etdiyi səfərlər (1791-92; 1794-95) İ.Haydnın dünyagörüşünün genişlənməsi və zənginləşməsində eyni zamanda şöhrətinin artmasında əhəmiyyətli oldu. Haydn ən yaxşı əsərlərini məhz bu illərdə yazır. Bunlara misal olaraq: kvartetlər, 6 Paris (1785-86), on iki London simfoniyalarını, oratoriyalar, messalar və s. göstərmək olar.
1791-ci ildə Haydn Oksford Universitetinin fəxri doktoru dərəcəsinə layiq görülür. Haydnın Hendelin oratoriyalarının təssüratı əsasında yazdığı "Dünyanın yaranması" (1798) və Con Miltonun "İtirilmiş cənnət" poeması əsasında "İlin fəsilləri" (1801) oratoriyaları Vyanada böyük uğur qazanır. Oratoriya üzərində işini bitirən bəstəkarın yaradıcılıq imkanı tükənir. O, demək olar heç nə yazmır. Bəstəkar, 1809-cu il, mayın 31-də, 77 yaşında vəfat edir.
Haydnın yaradıcılığı çoxşaxəli olub, bir çox janrları əhatə edir. Buraya operalar, xor əsərləri, simfonik əsərlər, instrumental musiqinin müxtəlif janrları, konsertlər, kamera ansambl musiqisinin müxtəlif növləri, duet, trio, kvartetlər, kamera-vokal əsərləri, o cümlədən mahnılar, eləcə də şotland, irland xalq mahnılarının səs ilə fortepiano üçün işləmələri, tamaşalara yazılmış musiqilər və s. daxildir.
Haydn həmçinin "kvartetin atası" hesab olunur, o, 100-dən artıq kvartetin müəllifidir. Haydn 1762 və 1783-cü illər arasında 24 opera yaratmışdır. Onun operalarından: "Aptekçi", "Balıqçı qızlar", "Aylı dünya", "Gözlənilməyən görüş", "Açis və Qalateya", "Armida", "Orfey", "Evridika", "Axsaq şeytan"ı misal göstərmək olar.
Haydn 104 simfoniya, fortepiano üçün 52 sonata, 40-dan çox opera, 3 oratoriya, 14 messa, həmçinin dini əsərlərin, üvertüra, marş, rəqs, klavir və başqa alətlər üçün konsertlərin, 100-dən artıq simli kvartetin, 41 fortepiano triosunun, 21 simli trionun, bariton, violençel üçün 126 trio, şotland və irland xalq mahnı işləmələri və s. əsərlərin müəllifidir.
Dostları ilə paylaş: |