İxtisas: İSM
Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu: 4. F.Şubert., M.İ.Qlinka. Həyat və yaradıcılıq yolu
Ədəbiyyat siyahısı:
1. S.Qasımova, R.Zöhrabov. Musiqi ədəbiyyatı. Bakı, 1992.
2.T.Hüseynova . Musiqi ədəbiyyatı, Bakı, 1992.
3.Ş.Həsənova. Musiqi tarixindən mühazirələr. (I-II hissələr), Bakı, 2012.
4.M.Babayeva. Xarici ölkələrin musiqi ədəbiyyatı. Naxçıvan, 2018.
5. S.Qasımova, N.Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986.
6. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı, 2006
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com
Plan
1.F.Şubertin həyat və yaradıcılıq irsi
2.M.İ.Qlinkanın həyat və yaradıcılıq irsi
1.FRANS ŞUBERT (1797-1828)
F .Şubert görkəmli Avstriya bəstəkarı, musiqidə romantizmin ilk nümayəndəsidir. O, yaradıcılığında Vyana musiqi klassikləri ilə varislik əlaqəsi saxlayırdı.
Şubert yaradıcılığı Qərbi Avropa musiqisinin inkişafında mühüm dönüş yaratmışdı. Baxmayaraq ki, Şubert Bethovendən bir il sonra vəfat etmişdi, lakin o, musiqi incəsənətində yeni istiqamətin romantizmin ilk dahi nümayəndəsi kimi tanınmışdır. Onun böyük yaradıcılıq irsi musiqinin müxtəlif sahələrində yayılmış 1500-ə yaxın əsəri əhatə etmişdi. Onların içərisində mahnı, fortepiano miniatürləri mühüm yer tutur.
Şubertin yaradıcılığında da romantizmin bir çox mütərəqqi cəhətləri öz əksini tapmışdı: insan qəlbinin hiss və həyəcanlarına diqqət verilməsi, insan şəxsiyyətinə, onun mənəvi, ruhi aləminə verilən yüksək qiymət, xalq yaradıcılığına və təbiətə yaxınlıq və s.
F.Şubert 1797-ci ilin 31 yanvar tarixində Vyana yaxınlığında Lixtental şəhərində məktəb müəllimi ailəsində anadan olmuşdur. Atası Frans Teodor Florianın on altı övladında on biri körpə ikən vəfat etmiş, yalnız beşi yaşamışdır.
1808-ci ilin oktyabrında Stadtkonvikt (Kral internat məktəbi) məktəbinə daxil olur. Məhz bu məktəbdə Şubert ilk dəfə olaraq Motsart musiqisi-onun üvertüra və simfoniyaları ilə tanış olur. Eyni zamanda Şubertin istedadı bəstələdiyi musiqilərdə özünü göstərməyə başlayır.
Dövrün aparıcı bəstəkarlarından olan V.Rujiçka və A.Salyeri gənc musiqiçi barədə eşidir və ona bəstəkarlıq və musiqi nəzəriyyəsindən dərs verirlər. 1813-cü ilin sonunda Şubert konvikt məktəbini tərk edir və 1818-ci ilədək atasının məktəbində müəllim köməkçisi kimi işləyir. 1815-ci il Şubertin həyatının ən məhsuldar ili olur. 1816-cı ildə isə Spaun şəhərində səhnəyə qoyulan "Meşə çarı" balladasının uğuru ilə bəstəkarın maddi durumu yaxşılaşır.
Şubertin həyatı daim maddi ehtiyac içərisində keçmiş, həyatı boyu Vyanadan və onun ətrafından kənara səfərə çıxa bilməmişdir. Şubertin istedadının pərəstişkarları ona maddi yardım göstərmişlər. 1821-ci ildən bəstəkarın əsərləri nəşr olunmağa başlayır. V.Müllerin sözlərinə "Qış yolu" (1820) adlı mahnı silsiləsini yazır.
1822-ci ildə məşhur "Tamamlanmamış simfoniya" üzərində çalışmalara başlayır. Simfoniyanın nəyə görə tamamlanmaması sualı çox müzakirə olunmuş və bu vaxta qədər də açıqlanmamışdır. Bəstəkar Vyanada Bethovenlə bir dövrdə yaşasa da, onun istedadına pərəstiş etsə də, onunla tanış olmağa risk etməmiş, Bethoveni yalnız kənardan müşahidə etmişdir. 1823-cü ildə Şubert V.Müllerin şeirləri əsasında ilk mahnı silsiləsini "Gözəl dəyirmançı qızı" (20 mahnıdan ibarətdir), "Sən sülhsən" mahnısını və "Böyük simfoniya üçün eskiz" əsərlərini yazır.
1825-ci ildən əsərlərinin nəşri sürətlənir, maddi durumu biraz yaxşılaşır. Şubert Avstriyaya unudulmaz səfərə çıxır və burada ən əziz qonaq kimi qarşılanır. "Ser Valter Skotun nəğmələri" silsiləsi də bu səyahət zamanı yazılır. Müasir günümüzdə bu əsər daha çox "Şubertin Ave Mariyası" kimi tanınır. 1826-28ci illərdə Şubert davamlı Vyanada yaşayır.
F.Şubert musiqi tarixinə ilk romantik simfoniyanın və ilk vokal balladanın yaradıcısı kimi daxil olmuşdu. Şubert yaradıcılığında mahnı janrı (600-ə qədər) "Marqarita ip əyirir", "Dəyirmançı və çay", "Forel", "Çöldə bitən qızılgül", "Serenada", "Barkarolla", "Balıqçı qadın", "Sığınacaq" və s. mühüm yer tutur.
Şubert həmçinin messa (sonuncu iki messaları obrazların möhtəşəmliyi, fikrin dərinliyi ilə seçilir) iki opera, yeddi zinqşpil, doqquz simfoniya, kamera-instrumental, üvertüra, fortepiano üçün yazılmış 400-dən artıq rəqsin, dörd əl üçün fortepiano əsərlərinin, o cümlədən, macar divertismenti, variasiya, marş, polonez, 8 ekspromt, 6 musiqi anı, və s. əsərlərin müəllifidir. Şubert əsl universal bəstəkar olmuş, yaşadığı dövrdə mövcud olan bütün musiqi janrlarında 1000-ə yaxın əsər yazmışdır. Ömrünün son iki ilinə aid əsərləri bəstəkarın insan qəlbinin qaranlıq guşəsinin və insana münasibətlərinə yönəlir. Yaradıcılığının ən məhsuldar dövründə bəstəkarın sağlamlığı pisləşir. Xəstəlik günlərini o mütaliə ilə keçirir.
Böyük Avstriya bəstəkarı Şubert 1828-ci ildə qarın yatalağı xəstəliyindən qardaşı Ferdinandın mənzilində vəfat edir.
2. MİXAİL İVANOVİÇ QLİNKA (1804-1857)
Milli və ümumavropa ənənələrini dərindən qavrayaraq ümumiləşdirən Qlinka rus musiqi mədəniyyətinin inkişafına yeni təkan verib, onu dövrün qabaqcıl ideyaları səviyyəsinə ucaltmışdır. Qlinka rus musiqi sənətinin mühüm janrları sahəsində işləyərək opera, simfoniya, üvertura və romansın yüksək kamillik nöqteyi-nəzərindən klassik nümunələrini yaratmışdır. Bəstəkar öz yaradıcılığında mütərəqqi ideyaları və obrazları həyat münaqişələrinə nikbin münasibət, xalqın gücünü, insani hissini əks etdirirdi. Bu baxımdan Qlinkanin iki operası, “İvan-Susanin” qəhrəmanlıq faciəsi və “Ruslan və Lyudmila” qəhrəmanlıq nağıl operası çox səciyyəvidir.
Qlinkanın ən əhəmiyyətli və istiqamətverici cəhəti xəlqilikdir. Bəstəkar öz operalarında xalqın zəngin tarixini, eposunu, dünyagörüşünü və həyata nikbin münasibətini təcəssüm etdirirdi.
“Musiqini xalq yaradır, biz sənətkarlar isə onu oranjiman edirik” deyən Qlinkanın bu məşhur kəlamında bəstəkarın estetik prinsipinin əsası, demokratik mahiyyəti öz ifadəsini tapır.
M.İ.Qlinka mahir forma ustası olmuşdur. O, sadə kuplet formasından tutmuş müxtəlif sxemli formalardan böyük bacarıqla istifadə etmişdir. Qlinkanın musiqi üslubu rus musiqisinin gələcək inkişafında böyük tarixi əhəmiyyəti olan bir hadisə idi.
Mixail İvanoviç Qlinka 20 may, 1804-cü ildə Smolensk quberniyasının Novospask kəndində istefada olan kapitan ailəsində anadan olmuşdur. Gələcək bəstəkarın uşaqlıq və gənclik dövrü xalq həyatına yaxın, təbiətin qoynunda keçmişdir. 11yaşlı Qlinka fortepianoda və skripkada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi, İspan, İtalyan, fars və s. kimi 8 xarici dil bilirdi.
1817-ci ildə Qlinka “xeyriyyəçi pansiona” təhsil almağa göndərilir. 4 il burada təhsil alan Qlinka Peterburqun teatr həyatı ilə maraqlanır və bir fortepiano ifaçısı kimi kübar ailələrin şənliklərində və bədii salonlarda çıxış edir. Qlinka artıq 20-ci illərdə çox məşhurlaşır. 1823-cü ildə bəstəkar müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir.
1828-1834-cü illərdə İtaliya və Almaniyada yaşamış bəstəkar bir sıra bəstəkar və müğənnilərlə tanış olaraq müasir musiqi və vokal yaradıcılığı sahəsində özünü təkmilləşdirir. İtaliyada olarkən o, fortepiano və simli alətlər üçün sekstet, "Patetik trio", "Venesiya gecəsi", "Qalib" və s. əsərlərini yazır. Almaniyada yaşadığı qısa müddət ərzində alman musiqi nəzəriyyəçisi, professor Ziqfrid Dendən dərs alır.
1832-ci ildə Qlinka milli opera yaratmaq fikrinə düşür. 1834-cü ildə Rusiyaya qayıtdıqdan sonra V.A.Jukovski tərəfindən təklif olunmuş İvan Susanin mövzusu Qlinkanı maraqlandırır. K.F.Rileyevin (1795-1826) "İvan Susanin" poeması əsasında şair və dramaturq V.R.Rozen libretto yazır. Qlinka rus xalqının fədakarlığını, avam kəndlinin qəlbinin təmizliyini, sadəliyini, vətən uğrunda mübarizəsini təsvir edən "İvan Susanin" operasını yazır.
1836-cı il 27 noyabrda Peterburqun böyük teatrında “İvan Susanin"in ilk tamaşası olur. Həmin gün musiqi tarixinə rus klassik operasının yaranması günü kimi düşür. 1837-ci ildə Qlinka saray nəzdində olan kapellada işləyir. Bu dövrdə bəstəkar yeni - "Ruslan və Lyudmila" operasını yazmaq qərarına gəlir. Arzu edirdi ki, operanın librettosunu A.S.Puşkin yazsın, lakin, 1837-ci ildə şairin qəfil ölümü buna mane olur və librettonun mətnini Puşkinin bir sıra şeirlərinin saxlanılması şərtilə şair V.Şirkov yazır. Peterburqan qayıtdıqdan sonra isə "Ruslan və Lyudmila" operası üzərində 5 ilə yaxın işləyir. Nəhayət, 1842-ci il noyabrın 27-də Peterburqda Böyük Teatrda "Ruslan və Lyudmila" operası tamaşaya qoyulur.
Eyni zamanda bəstəkar "Vals fantaziya", N.V.Kukolnikin (1808-1868) "Knyaz Xolmski" faciəsinə musiqi, 12 romansdan ibarət "Peterburqla vida" məcmuəsini, "Tərəddüd", "Qanımda arzular coşur", "Xoş bir anı xatırlayıram", "Torağay", "Venesiya gecəsi" adlı məşhur romanslarını yazmır.
Bəstəkar 1844-cü ildə Parisə, 1845-ci ildə İspaniyaya gedir. İspaniyada olarkən xalq mahnı və rəqslərini dinləmiş və nota salmışdır. Bu səfərin təəssüratları nəticəsində "Araqon xotası", İspaniyadan qayıtdıqdan sonra isə 1848-ci ildə ikinci İspan üvertürasını yazır. 1848-1857-ci illəri Qlinka Peterburq, Varşava, Paris və Berlində keçirmişdir.
O, 1848-ci ildə "Kamarinskaya" simfonik fantaziyasını yazır. "Taras Bulba" simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayır. 50-ci illər Qlinkanın həyat və yaradıcılığının son dövrü idi. 1851-ci ildə vətənə qayıtdıqdan sonra "Madriddə gecə" üvertürasını yazır. Məhz bu illərdə Qlinka rus bəstəkarlarının yeni nəsli ilə yaxınlaşır. Onun evində görkəmli tənqidçilər A.N.Serov, V.R.Stasov, V.F.Odoyevski; bəstəkarlardan A.S.Darqamıjski, müğənni O.İ.Petrov və bir çox başqa musiqiçilər tez-tez görüşür, yeni musiqi əsərlərini dinləyib təhlil edirdilər. Tədricən gələcək "Qüdrətli dəstə"nin rəhbəri gənc M.A.Balakirev də onlara qoşulur və möhkəm dostluq edirlər.
1856-cı ildə bəstəkar Berlinə gedir. 1857-ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnir və fevralın 3-də vəfat edir.
Dostları ilə paylaş: |