İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


PYOTR İLİÇ ÇAYKOVSKİ (1840-1893)



Yüklə 0,81 Mb.
səhifə33/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
1.PYOTR İLİÇ ÇAYKOVSKİ (1840-1893)


P.İ.Çaykovski görkəmli rus bəstəkarı, dirijoru və musiqi xadimidir. O, Qlinka və Darqamıjski ənənələrini öz yolu ilə davam etdirərək, rus musiqisini yüksək nailiyyətlərlə zənginləşdirmişdir. Çaykovski bəstəkar, pedaqoq və publisist kimi rus musiqisi tarixində böyük rol oynamışdı. Onun musiqisində insanın daxili aləmi, yaşantısı, duyğuları, düşüncə və arzuları bütün zənginliyi ilə verilmişdir. Təsadüfi deyil ki, rus yazıçısı M.Qorki onu "dahi lirik" adlandırmrşdır. O, rus romantizminin parlaq nümayəndəsidir.

P.İ.Çaykovski 7 may 1840-cı ildə Rusiyanın Votxinsk şəhərində anadan olmuşdur. Ukrayna vətəndaşı olan atası İlya Petroviç Çaykovski fabrika müdiri vəzifəsində çalışan mədən mühəndisi idi. Çaykovski 5 yaşında olarkən piano dərsləri almağa başlayır. Üç il içərisində ən az müəllimi qədər başarılı olur, musiqinin sirlərinə dərindən yiyələnir, ata və anası onun musiqiyə olan marağını çox dəstəkləyir, ona fərdi müəllim tuturlar. Lakin çox keçmədən ailəsinin təkidi ilə 1850-ci ildə Çaykovskini Sankt-Peterburqda yerləşən İmperator Hüquq məktəbinə qoyurlar.

14 yaşında olarkən anası vəfat edir.19 yaşında təhsilini tamamlayır və dövlət məmuru vəzifəsində çalışır. 21 yaşında sonralar Peterburq Konservatoriyası adını daşıyan musiqi məktəbinə daxil olur. Burada o, A.Rubinşteyn və H.Zaremba kimi gözəl pedaqoqlardan dərs alır. O, tez-tez Peterburq opera teatrına gedir, Qlinkanın, Darqamıjskinin, Serovun, Motsartın operalarını həvəslə dinləyirdi.

1865-ci ildə məzun olur. Diplom işi kimi İ.X.Şillerin mətninə yazdığı "Sevincə doğru" kantatasına görə konservatoriyanı gümüş medalla bitirir və Moskva Konservatoriyasında müəllim kimi çalışmağa başlayır. Çaykovski 11 il Moskva Konservatoriyasının professoru vəzifəsində işləyir. İlk dəfə bəstəkar "Alın yazısı" adlı simfonik şeirdə bütün bəstəkarlığını nümayiş etdirir. Bu əsərdə insanın ən xəfif duyğuları, həyəcanı, ürək çırpıntıları incəliklərinədək əks etdirilir.

1868-ci ildən başlayaraq mətbuatda musiqi tənqidçisi kimi çıxış edir. 1866-1877-ci illərdə bəstəkar beş opera: "Qoşun başçısı", "Undina", "Opriçnik", "Dəmirçi Vakula", "Yevgeni Onegin"; dörd simfoniya, "Tufan"proqramlı simfonik əsərlərini, A.Ostrovskinin "Qar qiz" pyesinə musiqi, fortepiano üçün birinci konsert, violonçel ilə orkestr üçün rokoko mövzusunda variasiyalar, üç kvartet, çoxlu romans və s.yazmışdır. 1878-ci ildə çox varlı bir qadınla - Nadejda von Meck ilə tanış olur. 11 uşağı olan bu qadın Çaykovskiyə maddi cəhətdən çox kömək etmişdir. Nadejdadan aldığı maddi dəstəkdən yararlanan bəstəkar ömrünü bəstələrinə həsr edir. 1878-1885-ci illərədək bəstəkar Rusiya və Avropa arasında dolaşaraq yaşadığı şəhərlərdə (İtaliya, İsveçrə, Almaniya, Fransa, Çexiya və s.) bir çox orkestrlərə rəhbərlik edir. 1875-ci ildə ilk dəfə ifa olunan I fortepiano konserti və 1876-cı ildə səhnəyə qoyduğu "Qu gölü" baleti ilə böyük şöhrət qazanmışdır. Ən məşhur əsəri olan "Yevgeni Onegin" operası 1879-cu ilə İtaliyada olarkən tamamlanır.

Bu illərdə bəstəkar "Romeo və Cülyetta" üvertüra-fantaziyasını, IV, V simfoniyalarını, "Qaratoxmaq qadın"operasını və bir çox romanslarını yazır. Bu əsərlər onun yaradıcılığının yeni yüksəlişinə səbəb olur.

1885-ci ilin axırında o, Moskvaya qayıdır. Klin yaxınlığındakı Maydonovo kəndində yaşayır. Bəstəkar fəal surətdə rus musiqi həyatına cəlb edilir. 1885-ci ildə o, Musiqi Cəmiyyəti Moskva şöbəsinin direktoru, bir ildən sonra isə Rus Musiqi Cəmiyyətinin fəxri üzvü seçilir. Bu illərdə Çaykovski müxtəlif janrlarda bir sıra əsər yazmışdır: Bayronun poeması əsasında "Manfred" proqramlı simfoniya, Şekspirin dramı üzrə "Hamlet" üvertüra-fantaziyasını, Beşinci simfoniya, "İtalyan kapriççiosu", N.Rubinşteynin xatirəsinə həsr edilmiş trio və "Yatmış gözəl" baletini göstərmək olar.

Ömrünün son dövründə (1877-1893) Çaykovski yaradıcılığının zirvə nailiyyəti olan ən səciyyəvi əsərlərini - Puşkinin süjetinə "Qaratoxmaq qadın"operasını və "Fındıqqıran" baletini yazmağa başlayır. Bu əsərlərin hər birində hüzn-faciə motivləri işıqlı səadət arzusunu ifadə edən obrazlarla təzad təşkil edir. 1877-ci ildən bəstəkar Moskvada, Peterburqda, Kiyevdə, Oddesada konsertlərə dirijorluq edir, İsveçrədə, İngiltərədə, Fransada, Almaniyada qastrollara dəvət olunurdu. Bəstəkar demişdir: "Mən vətəninə şərəf gətirə bilən və gətirməli olan artistəm".

1888-ci ildə Praqaya gedən bəstəkar böyük məhəbbətlə qarşılanmışdır. 1891-ci ildə isə Çaykovski ABŞ-a gedir və öz əsərlərindən ibarət konsertlər verir. ABŞ-da olduğu vaxt ərzində Çaykovski Nyu-York, Filodelfiya və Baltimor şəhərlərində 6 konsertdə iştirak edir. Amerika qəzetləri onun çıxışlarını işıqlandırmış, konsertlərinə tərifli məqalələr yazmışdır. 1893-cü ildə şöhrətinin zirvəsində ikən Çaykovski İngiltərənin Kembric universitetinin fəxri doktoru adına layiq görülür. Bu ildə bəsətkarın ən yaxşı əsərlərindən biri olan VI simfoniya yaranır. İlk dəfə həmin əsər 1893-cü il oktyabrın 16-da müəllifin idarəsilə Peterburqda ifa olunur. Oktyabrın 25-ə keçən gecə bəstəkar vəfat edir.

P.Çaykovski demək olar ki, bütün janrlara müraciət etmişdir.

O, 10 opera, 3 balet, 6 simfoniya, "Manfred" proqramlı simfoniya, 10-a yaxın birhissəli proqramlı simfonik əsər (üvertüralar), 3 fortepiano konserti, 1 skripka konserti, 1 violonçel konserti, xor əsərləri, orkestr üçün süita və fantaziyalar, kapriççiolar, skripka, fortepiano üçün ayrı-ayrı pyeslər, "İlin fəsilləri" silsiləsi, 24 pyesdən ibarət "Uşaq albomu", 100-dən artıq mahnı və romans bəstələmişdir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin