İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


I sinif mahnı repertuarından musiqi dinləmək



Yüklə 0,81 Mb.
səhifə54/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
I sinif mahnı repertuarından musiqi dinləmək.

İxtisas: İSM

Kurs: I

Fənn: Musiqi və onun tədrisi metodikası

Mövzu: 4.BİRİNCİ SİNİFDƏ MAHNI OXUMANIN VƏZİFƏLƏRİ.

Ədəbiyyat siyahısı:

1.Nilufər Sultanova. Musiqi və musiqinin tədrisi metodikası. Bakı-2007.

2.O.V.Apraksina.Musiqi tərbiyəsi məktəbdə.Moskva,1982.

3.O.Rəcəbov,V.Xəlilov, S.Ağayeva. Musiqi.

4.X.Qədimova "İnteraktiv təlim metodları və onların yolları". Bakı, 2003.

İbtidai sinif müəlliminin stolüstü kitabı. Bakı, 2001.

4.İbtidai siniflər üçün musiqi dərslikləri.

Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com

Plan

4.BİRİNCİ SİNİFDƏ MAHNI OXUMANIN VƏZİFƏLƏRİ.
Mahnı oxumanın əsas vəzifələri bilavasitə birinci sinif şagirdlərinin musiqi eşitmə qabliyyətinin inkişafı ilə sıx bağlıdır. Təmiz oxumağa nail olmaq, deməli musiqi səsini düzgün qavramaq, onu düzgün əks etməkdir. Bəzən uşaqlar səsi düz eşidir,onu alətdə tapa bilir, hətta müəllimin tanış mahnının melodiyasını düzgün ya səhv oxuduğunu da təyin edə bilir, lakin təmiz oxuya bilmirlər. Belə yanlış oxumanın bir neçəsəbəbləri olur, diqqətsizlik, oxu diapazonun inkişafsızlığı,səs telləri və səsin arasında olan uyğunsuzluq.

Birinci siniflərin hər birində bu və ya digər qüsuru olan uşaqların kifayət qədər olduğununəzərə alan müəllim, öz işini qurarkən elə metodları seçməlidir ki, onlar hər bir uşağa fayda gətirə bilsin. Lakin, hər hansı bir vərdişin formalaşması üçün vaxt tələb olunur.Demək olar ki, mahnı dərhal deyil tədricən oxunur. Buna görə də öyrənilən mahnıların daha ağır tempdə təkrarən oxunması məsləhət görülür.

Melodiyanın hərəkətini izləmək və məhz lazım olan səsi əmələ gətirmək üçün uşaqlar diqqətlə melodiyaya qulaq asmalıdırlar. Mahnı oxumanın ilk mühüm məsələsi uşaqları səsi uzadaraq, ahəngli, leqato, rəvan oxumaya yiyələndirməkdən ibarətdir. Təcrübə göstərir ki, birinci sinif şagirdləri adətən mahnını deyir, yəni malik olduqları nitq vərdişindən istifadə edir. Oxu vərdişi onlarda olmadığına görə, səsi uzadaraq oxumağı bacarmırlar.

Məlum olduğu kimi, oxuma xüsusi nəfəs alma tələb edir. Birinci finif şagirdləri ilə nəfəs alma üzərində işdə müəllimi şyani şəkildə “diqqət”, “nəfəs alma”, “oxumanın başlanması” əl göstərişləri xüsusi əhəmiyyət kəsb edir. Ilkin mərhələdə nəfəs alma xarakterini uşaqlara göstərmək üçün “sanki gül iyləyirsən” bəddi təsəvvürü yaratmaq məsləhətdir.

Ahəngli oxuma və oxu nəfəsi müxtəlif üsullarla və müxtəlif musiqi və oxu materiallarında, yəni mahnı və təmin vasitəsi ilə əldə edilir. Buna nail olmaq üçün bu və ya digər əlverişli şəraitlərə riaət olunmalıdır:

a) melodiyanın rəvan hərəkəti, yəni ki, kəskin sıçrayıçsız hərəkətin olması;

b) ən bəsit ritmik şəkil;

c) çox tez və ya ağır olmayan, mülayim temp;

d) mülayim dinamika.

Təmrinlərin oxunuşu mütləq ifadəli olmalıdır. Mahnıların öyrədilməsi mərhələlər üzrə keçirilir. Həmin mərhələlər tək birinci sinif üçün deyil, digər siniflərdə də səciyəvidir. Lakin, müsiqi məşğələsinin ilk dövründə xüsusi əhəmiyyətə malikdir. Mahnı öyrədilməsinin mərhələləri aşağıdakılardır.

1. Mahnının nümayişi;

2. Mahnı haqqında söhbət;

3.Söz və melodiyanınöyrənilməsi

4.İfadəli oxunuş üzərində iş.

1.Mahnının nümayişi. Uşaqların yeni mahnı ilə ilk tanışlığı onları maraqlandırmaq. Mahnının öyrədilməsi, onun oxunmasında istək yaratmaq məqsədi güdür. Buna görə mahnının ilk nümayişi ifadəli və bəddi şəklidə keçirilməlidir. Müəllim öz ifadəli oxunuşu ilə mahnını uşaqlara bəyəndirməlidir. Bunun üçün geniş oxu diopazonuna malik olmaq mütləq deyil. Burada, əsasən, müəllimin mahnıya biganə qalmamağı, onun öyrətdiyi mahnıya qarşı marağının uşaqlara çatdırılmasında ifadəli oxunuş, sözlərin düzgün tələffüz edilməsi böyük əhəmiyyət kəsb edir.

2. Mahnı haqqında söhbət.Mahnı haqqında söhbət qısa olunmalıdır. Burada əsas məqsəd uşaqların mahnının ifasına doğru istiqamətləndirməkdən və həmin istiqamətləndirmə yolunda bədii obrazı müəyyən etməkdən və dəqiqləşdirməkdən ibarətdir.

3.Söz və melodiyanın öyrənilməsi. Mahnının çətinlik səviyyəsi ilə bağlı olaraq mətin melodiya ilə eyni zamanda və ya bir qədər melodiyadan öncə öyrənilməlidir. Adətən mahnı frazalarla, ibarələrlə öyrənilir. İbarə haqqında anlayışı uşaqlar ana dili dərslərində alır. Həmin anlayış mahnını öyrənmə prosesində idarəni bir nəfəsə oxumaq, idarə ortasında nəfəs almamaq tələblərini yerinə yetirərkən və mahnının quruluşunu təhlil edərkən möhkəmləndirilir. İbarənin təkrarlanması,təzadlığı və ya oxşarlığının təyini üçün melodiyanın hərəkət istiqamətinə,onun səs yüksəkliyinin və ritmik şəklinə xüsusi diqqət yetirilməsi tələb olunur.Melodiyanın istiqaməti əl hərəkəti, qrafik, bir qədər sonra isə not yazısı ilə göstərilərkən daha yaxşı mənimsənilir.

4.İfadəli oxunuş üzərində iş. İfadəli oxunuş üzərində iş mahnı öyrənilməsi prosesini ən ilkin mərhələsindən başlanır.İfadəlilik üzərində işə bir çox metodistlər tamamlayıcı mərhələ kimi yanaşır.

Mahnının sözləri və melodiyası öyrənildikdən sonra, daha yaradıcı şəkildə onu ifadələşdirilməsi üçün artıq imkan yaranır. Uşaqlar daha sərbəst şəkildə öz ifalarındakı nöqsanları duyur və onu tənqid edə bilir. Məktəblilər obrazın bütöv şəkildə və ayrı-ayrı hissələri üzərində şövqlə,şüurla işləyir. Burada uşaqların musiqi duyumu və qavrayışına daim müraciət etməli, mahnının quruluşu və ifadə vastələri barəsində biliklər möhkəmləndirilməlidir. Əsərin müəllifi, yaranma tarixi haqqında məlumatların verilməsi də ifadəli oxunuşa kömək edir.

Uşaqlarda həqiqətən gözəl və ifadəli oxunuşa həvəs yaratmaq üçün onlara təxmini ifa ilə kifayətlənməməyi tərbiyə etmək lazımdır. Təmiz, ifadəli oxuma nəticəsindən aşağıdakı bacarıq və qabiliyyətlər əldə olunur:

1-emosional həssaslıq;

2-təsəvvür;

3-musiqi eşitmə qabliyyəti və hafizəsi;

4-Təhlil etmə vərdişi, melodiya hərəkətinin izlənməsi , onun quruluşinun analizi;

5-əsas musiqi ifadə vastələrinin əhəmiyyətini dərk etmə;

6-səslərin yüksəkliyi, vəzni, dinamika, forma, bənd, nəqarət, melodiya, akkompanement haqqında alınmış biliklərdən sərbəst şəkildə istifadə etmə bacarığı . I sinif mahnı repertuarından musiqi dinləmək.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin