İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə6/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   2   3   4   5   6   7   8   9   ...   70
Səsdüzümü. Musiqi sisteminin səsləri yüksəkliklərinə görə, yuxarı və aşağı istiqamətdə ardıcıl düzülərsə, buna musiqi səsdüzümü deyilir. Musiqidə işlənən bütün səslər fortepiano və royalda aydın göstərilir. Pianonun aşağı birinci pilləsindən başlayaraq yuxarı son pilləsinə kimi saysaq, müxtəlif tembr və yüksəkliyə malik 88 səsin yerləşdiyini görərik.

Musiqi quruluşunu təşkil eən səsdüzümünün yeddi əsas səsi pianonun ağ pillələrindən ibarətdir. Həmin pillələr fərdi ada malikdir. Bu pillələrin heca adları belədir: DO, RE, Mİ, FA, SOL, LYA, Sİ.

İki eyni adlı səsin müəyyən məsafədə aşağı və yuxarı tərəfdən bir-birilə qovuşmasına oktava deyilir. Göründüyü kimi do, re, mi, fa, sol, lya, si pillələri səsdüzümündə bir neçə dəfə təkrar edilir. Bütün səsdüzümü yeddi bütöv, iki natamam oktavaya bölünür.

Hər oktavanın birinci səsi "do" səsi qəbul olunmuşdur. Səsdüzümündə oktavaların adları belədir: subkontr oktava, kontr oktava, böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava, üçüncü oktava, dördüncü oktava, və beşinci oktava.

Adları çəkilən oktavalardan subkontr oktava iki əsas - Lya, si; bir törəmə (si bemol) pillədən ibarətdir. Beşinci oktava isə bir pillədən (do) ibarət olduqları üçün natamam, yəni yarımçıq oktavalar adlanır.

Pianonun səsdüzümünü təşkil edən 88 pillənin 52-nin ağ, 36-nın isə qara pillədən ibarət olduğu məlumdur. 52 ağ pillələr, yeddi əsas pillələrin adı ilə adlandırılır. Qalan 36 qara pillələr isə müstəqil ada malik deyil və əsas pillələrin yarım ton artırılması və ya əskilməsi nəticəsində əmələ gəlir. Belə pillələrə səs düzümündə törəmə pillələr deyilir.

Səs düzümünün müstəqil ada malik olan yeddi əsas pillələrin arasında beş müstəqil ada malik olmayan pillələr yerləşir. Həmin qara pillələr öz adlarını əsas pillələrin yarım ton artırılması və ya əskilməsi nəticəsində alır. F-noda misal göstərmək.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin