İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə8/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   4   5   6   7   8   9   10   11   ...   70
I oktavanaın notları:

do notu- birinci alt əlavə xəttin üzərində yerləşir

re notu -birinci əsas xəttin altında yerləşir

mi notu-birinci əsas xəttin üzərində yerləşir

fa notu- birinci və ikinci əsas xəttin arasında yerləşir

sol notu-ikinci əsas xəttin üzərində yerləşir

lya notu- ikinci və üçüncü əsas xəttin arasında yerləşir

si notu- üçüncü əsas xəttin üzərində yerləşir.


II oktavanın notları

do notu- üçüncü və dördüncü əsas xəttin arasında yerləşir

re notu -dördüncü əsas xəttin üzərində yerləşir

mi notu-dördüncü və beşinci əsas xəttin arasında yerləşir

fa notu- beşinci əsas xəttin üzərində yerləşir

sol notu-beşinci əsas xəttin üstündə yerləşir

lya notu- üst birinci əlavə xəttin üzərində yerləşir

si notu-üst birinci əlavə xəttin üstündə yerləşir.

Not qərargahında notların yan tərəfindən çəkilən xətt notun yan xətti və ya çubuğu adlanır. Not sətsində üçüncü not sətrinədək yazılan notların yan xətti sağ tərəfdən yuxarıya doğru, üçüncü xəttən sonra yazılan notların yan xətti isə sol tərəfdən aşağıya doğru çəkilir.

Açarlar. Musiqidə səslərin yerini və dəqiq yüksəkliyinin bildirən işarəyə açar deyilir. Açar not sətrinin başlanğıcında yazılır. Açar olmadan heç bir musiqi əsərini təsəvvür etmək olmaz. Musiqidə bir neçə açardan istifadə olunur: Skripka, bas və do açarları.

Skripka açarı və ya sol açarı-əsasən yuxarı registrdə yerləşən səslərin yazılması üçün nəzərdə tutulur. Skripka açarı ikinci əsas xəttin üzərində yerləşən sol səsini göstərir.

Bas açarı aşağı registr və qismən orta registrdə yerləşən səslərin yazılışında istifadə olunur. Bas açarı dördüncü əsas xəttin üzərində yerləşən kiçik oktavanın fa səsini bildirdiyi üçün çox vaxt ona "fa" açarı da deyilir. Fa açarında əsasən kiçik oktavanın notları yazılır.

Do açarı-insan səslərinə görə bir neçə yerə bölünür: soprano açarı, metsosoprano açarı, alt açarı, tenor açarı, bariton. Soprano zil qadın səsidir, soprano açarı birinci əsas xəttin üzərində yerləşir.

Metsosoprano orta zil qadın səsidir, açarı II əsas xəttin üzərində yerləşir. Alt bəm qadın səsidir, açar III əsas xəttin üzərində yazılır. Tenor zil kişi səsidir, açarı IV əsas xəttin üzərində yazılır, bariton orta zil kişi əsidir, açarı V əsas xəttin üzərində yazılır. Müasir musiqi sistemində do açarlarından az istifadə olunur. Xalq çalğı alətimiz olan tarın notları metsosoprano açarında yazılır.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin