Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com
7. Plan
1.Pauza. Ritm, metr
2.Xanə və xanə ölçüləri
3.Temp
4.Dinamik işarələr
Pauza. Musiqi əsərində işlənən fasiləyə pauza deyilir. Pauzala not sistemində xüsusi işarələrlə göstərilərək, əsas not ölçüsünə bərabər olurlar. Yəni bütöv, yarım, çərək, səkkizlik və s. Ölçüdə yazılan notların səslənməməsi tələb olunarsa həmin ölçülərə bərabər pauza yazılır.
Bütöv pauza not sətrinin 4-cü əsas xəttinin altında yazılır. Ölçüsü bütöv not ölçüsünə bərabərdir.
Yarım pauza III əsas xəttin üstündə yazılır. Ölçüsü ”və”-yə sayılır
Digər pauzalar isə not sətrinin istənilən yerində yazıla bilər.
Çərək pauza “1və “ sayılır, 8-lik pauza “1”, 16-lıq pauzanın ikisi “1” sayılır.
1.Zaman daxilində musiqinin əsasını müntəzəm olaraq qüvvəli və zəif təqtlərin (hissələrin) ardıcıl növbələşməsi təşkil edir. Musiqidə birinci təqt qüvvəli, ikinci təqt isə zəif təqt adlanır. Qüvvəli təqtə aid olan hissə, zəif təqtə aid olan hissədən bir qədər güclü səslənir.
Musiqidə qüvvəli və zəif təqtlərin ardıcıl növbələşməsinə metr deyilir. Metrin iki əsas növü var: 1.İki təqtli metr - qüvvəli təqtdən sonra bir zəif təqtin olması I >-I
2.Üç təqtli metr- qüvvəli təqtdən sonra iki zəif təqtin olması I >- - I
2. Xanə. Musiqi əsərinin bir hissə başlanğıcının qüvvəli təqtilə başlayaraq, zəif təqtlə bitməsinə xanə deyilir. Xanələri bir-birindən not qərargahının üstündən çəkilən şaquli xətlə ayırırlar ki, həmin xətt xanə xətti adlanır. Xanə xətti həmişə qüvvəli təqtin əvvəlində çəkilir I >- I
Əgər musiqi xanənin qüvvəli təqtisində deyi, zəif təqtisindən başlanarsa buna xanə xarici deyilir. 2/4 I – I
Xanə daxilindəki təqtiləri müxtəlif ölçülü notlarla göstərmək olar. Xanədə olan metr təqtiləri və onların ölçü vahidi, xanə ölçüsü əmələ gətirir. Not yazısında xanə ölçüsünü ölçü vahidi təyin edir. Ölçü vahidi kəsr şəklində açar və ya açar işarələrindən sonara yazılır. Məs: 2/4.
Kəsrin surəti xanədə metr təqtinin sayını, məxrəci isə hər metr təqtinin bərabər olduğu ölçü vahidini göstərir. Misalda gördüyümüz kimi 2/4, surətdə 2 rəqəmi metr təqtisinin olduğunu, məxrəci isə (4) hər təqtin ölçü sayının çərək not ölçüsünə bərabər olduğunu göstərir.
2-metr təqtisinin sayını, 4-hər təqtin ölçüsünü bildirir.
Xanələr bir nüçə növə bölünür: Sadə xanələr, mürəkkəb xanələr, qarışıq xanələr, daimi və dəyişkən xanələr.
Sadə xanə - ikitəqtli və üç təqtli xanələrin tərkibində bir aksentli təqti olarsa, bunlara sadə xanə deyilir: 2/2, 2/4, 3/4, 2/8, 3/8 və s.
İki və daha çox eyni növlü sadə xanələrin birləşməsindən əmələ gələn xanələrə mürəkkəb ölçülü xanələr deyilir. Məs: (2/4+2/4)=4/4, (3/8+3/8+3/8)=9/8.
Dostları ilə paylaş: |