İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)



Yüklə 0,81 Mb.
səhifə21/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   17   18   19   20   21   22   23   24   ...   70
I, II, II, IV,V,VI,VII.

Qammanın hər pilləsinin öz adı var.

I pillə - tonika (T)

II pillə - alt aparıcı ton

III pillə - üst medianta

IV pillə - subdominanta (S)

V pillə - dominanta -(D)

VI pillə - submedianta (alt medianta)

VII pillə - yuxarı aparıcı ton.

Buradan göründüyü kimi qammanın: I-III-V pillələri sabit; II-IV-VI-VII pillələri isə, qeyri-sabit pillələrdir. I-IV-V pillələri əsas, II-III-VI-VII pillələri isə, köməkçi pillələr adlanır.

3. Kvarta çərçivəsində dörd səsin sekunda intervalı həcmində melodik şəkildə ardıcıl quruluşuna tetraxord deyilir. Tetra-dörd, xord isə səs deməkdir. Tetraxord tərkibində olan k2-nın (kiçik sekundanın) əvvəldə, ortada və axırda yerləşməsindən asılı olaraq 3 şəkildə olur: 1. K2+B2+B2; 2. B2+K2+B2; 3. B2+B2+K2.

Belə quruluşlu tetraxordlar diatonik tetraxord adlanır. Bundan əlavə tərkibində art.2 olan iki tetraxord da mövcuddur: K2+art.2+K2, art.2+K2+K2. Belə quruluşlu tetraxordlara isə, harmonik tetraxord deyilir.

Müxtəlif xalqların musiqisndə artırılmış və əskildilmiş tetraxordlarda mövcuddur. Artırılmış tetraxordun quruluşu: B2+B2+B2; əskildilmiş tetraxordun quruluşu: K2+B2+K2.

Hər hansı bir qamma iki tetraxorddan ibarətdir: alt tetraxord, üst tetraxord. Məs: Do major qammasına nəzər yetirsək- do, re, mi, fa-alt tetraxord, sol-lya-si-do isə, üst tetraxordddur.



4.Qammanın və ya ladın I, III, V sabit pillələri major üçsəslisi əmələ gətirərsə buna major qamması deyilir. İstənilən səsdən major qamması qura bilərik. Bunun üçün vahid formula əsasında major qammasınn qurulması mütləqdir. Major qammasının quruluş formulu belədir: B2+B2+K2+B2+B2+B2+K2. Bu formula natural major adlanır. Major qamması dörd səsdən ibarət iki bərabər hissəyə bölünür. Birinci hissə alt tetraxord, ikinci hissə üst tetraxord adlanır. Major qammasında qeyri-sabit səslərin sabit səslərə həlli belədir: II pillə -I və III pilləyə; IV pillə-III və V pilləyə; VI pillə- V; VII pillə isə, yalnız I pilləyə həll ola bilər.

Qammanın I (T) - IV (S) -V (D) pillələri əsas, yerdə qalan pillələri isə köməkçi pillələr adlanır.

Major qamması üç halda olur: 1.Natural. 2.Harmonik. 3.Melodik

2.Natural majorun altıncı pilləsinin yarım ton bəmləşməsi nəticəsində harmonik major alınır. Quruluş formulu belədir: B2+B2+K2+B2+K2+art.2+K2

3.Yuxarı istiqamətdə qurulmuş natural major, aşağı istiqamətdə qurularkən VII və VI pillələri yarım ton bəmləşdirilərsə, buna melodik major qamması deyilir.

Ladın yerləşdiyi yüksəklik tonallıq adlanır. Məs: Do major, burada do tonallıq, major isə laddır.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin