Kurs: I
Fənn: Musiqi və onun tədrisi metodikası
Mövzu: 7.Akkordlar.
Ədəbiyyat siyahısı:
1.M.S.İsmayılov. İbtidai musiqi nəzəriyyəsi, Bakı, 1978.
2.N.Bağırov. Musiqinin elmentar nəzəriyyəsi. Bakı, 1982.
3.Ə.Bədəlbəyli. Musiqi lüğəti. Bakı. 1969.
4.İ.Sposobin. Musiqinin elementar nəzəriyyəsi. Moskva, 1984.
5.R. Hüseynova. Musiqinin elementar nəzəriyyəsi, Bakı, 2015.
6.L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988.
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi:Mehebbetteacher@gmail.com
7. Plan
1.Üçsəsli akkordlar
2.Septakkordlar
Üç və daha çox səsin tersiyalarla qurularaq birlikdə səslənməsinə akkord deyilir. Akkordlar tərkibindəki səslərin sayından və tersiyaların keyfiyyət ölçüsündən asılı olaraq bir neçə növə bölünür. Üçsəsli, dördsəsli (septakkord) və beş səsli (nonakkord) akkordlar. Musiqidə ən çox işlədilən akkord üçsəsli və septakkordlardır.
Üçsəsin tersiyalarla qurularaq birlikdə səslənməsinə üçsəsli akkord deyilir. Üçsəsli akkord 4 növə bölünür:
1.Major üçsəslisi B3+K3 (M53)
2.Minor üçsəslisi K3+B3 (m53)
3.Artırılmış üçsəsli B3+B3 (art.53)
4.Əskildilmiş üçsəsli K3+K3 (əsk.53)
Major və minor üçsəslilərinin birinci və axırıncı səsləri X5 intervalı əmələ gətirir. Üçsəslinin birinci və ikinci səsləri arası tersiya (3), birinci və üçüncü səsləri arası kvinta (5) intervalını əmələ gətirdiyi üçün üçsəsli akkordun qısa şəkildə yazılışı- 53-dür. Major üçsəslisi qısa şəkildə - M53, minor üçsəslisi isə - m53 yazılır.
Artırılmış üçsəslinin birinci və axırıncı səsləri artırılmış kvinta əmələ gətirdiyi üçün artırılmış üçsəsli adlanır və qısa şəkildə - art.53 şəklində yazılır.
Əskildilmiş üçsəslinin birinci və axırıncı səsləri əskildilmiş kvinta əmələ gətirdiyi üçün əskildilmiş adlanır və qısa şəkildə - əsk.53 şəklində yazılır. Növündən asılı olmayaraq üçsəslinin birinci səsi onun - priması, ikinci səsi-tersiyası, üçüncü səsi isə kvintası adlanır.
Dörd səsin tersiyalarla qurularaq birlikdə səslənməsinə septakkord deyilir. Akkordun birinci və axırıncı səsləri septima intervalını əmələ gətirdiyi üçün, bu akkord septakkord adlanır. Septakkordun bir neçə növü var: ikinci II7, beşinci V7, yeddinci pillədən qurulan septakkordlar VII7.
Ən çox istifadə olunan beşinci pillədən qurulan septakkordur. Qammanın beşinci pilləsi dominanta adlandığı üçün bu pillədən qurulan septakkord "Dominant septakkord" adlanır, qısa şəkildə D7 göstərilir. Akkordun birinci səsi onun - priması, ikinci səsi - tersiyası, üçüncü səsi - kvintası, dördüncü səsi isə septiması adlanır. Növündən asılı olmayaraq hər bir septakkordun üç dönməsi var: 1) kvintsekstakkord -D65; 2. Terskvartakkord-D43; 3. Sekundakkord-D2.
Dostları ilə paylaş: |