İ s m ikur s müƏLLİM: babayeva məHƏBBƏT (b m)


MÜSLÜM MAQOMAYEV (1885-1937)



Yüklə 0,81 Mb.
səhifə36/70
tarix01.01.2022
ölçüsü0,81 Mb.
#104145
1   ...   32   33   34   35   36   37   38   39   ...   70
2.MÜSLÜM MAQOMAYEV (1885-1937).

M üslüm Maqomayev ömrünün 30 ilini Azərbaycan xalqının musiqi mədəniyyətinin yüksəlişinə həsr edərək bu sahədə böyük işlər görmüşdür. Əbdül Müslüm Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı şəhərində dəmirçi Maqometin ailəsində ailəsində anadan olmuşdur. Qroznıda iki illik məktəbi bitirib 1899-cu ildə Qori müəllimlər seminaritysına daxil olur. Burada oxuduğu illərdə o, musiqi təhsilini də inkişaf etdirir, tələbə xorunda və orkestrində iştirak etməklə yanaşı, xalq mahnılarını toplayıb onların üzərində işləyir.

Seminariyanı bitirdikdən sonra bir il Şimali Qafqazda işləyir, 1905-ci ildə isə ibtidai məktəbdə müəllimlik etmək üçün Maqomayev Azərbaycana gəlir. Müəllimliklə yanaşı Maqomayev şagird xoru və dram dərnəkləri yaradır. 1911-ci ildə Maqamayev Üzeyir bəylə birgə teatr yaratmaq uğrunda mübarizə aparır. 1916-cı ildə "Şah İsmayıl" adlı operasını yaradır. Bu opera Üzeyir bəyin "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları kimi improvizasiya üslubuna əsaslanan muğamlardan ibarət olan operadır. Operada muğamlarla yanaşı ariya, arioza, xor və ansambllardan istifadə edilmişdir.

1924-cü ildə bəstəkar opra teatrına direktor vəzifəsinə təyin olunur. 20-30-cu illərdə "Yaz", "Tarla", "Bizim kənd", "Neft" kimi kütləvi mahnılar yazaraq Azərbaycan mahnı janrının ilk nümunələrini yaratmışdı. Maqomayevin simfonik yaradıcılığı Azərbaycan simfonik musiqisinin inkişafında böyük rol oynamışdır. Onun "Azərbaycan çöllərində", "Azad Azərbaycan qadınının rəqsi", simfonik pyesləri, radio gününə həsr etdiyi "RV-8" marşı, "Pionerlər marşı", "Turacı" "Ceyran" xalq rəqslərini, "Şəlalə"ni və s. əsərlərini göstərmək olar. Bəstəkarın Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyinə həsr etdiyi "Nərgiz" operası 1935-ci ildə M.F.Axundov adına Opera və Balet teatrında tamaşaya qoyuldu. Bu inqilabi mövzuda yazılmış ilk Azərbaycan operasıdır. Operada improvizə tamamilə aradan götürülmüşdür. Uzun sürən xəstəlikdən sonra Müslüm Maqamayev 1937-ci il 18 iyunda Nalçikdə vəfat edir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin