2.O.V.Apraksina.Musiqi tərbiyəsi məktəbdə.Moskva,1982.
3.O.Rəcəbov,V.Xəlilov, S.Ağayeva. Musiqi.
4.X.Qədimova "İnteraktiv təlim metodları və onların yolları". Bakı, 2003.
İbtidai sinif müəlliminin stolüstü kitabı. Bakı, 2001.
4.İbtidai siniflər üçün musiqi dərslikləri.
Müəllim: Babyeva Məhəbbət. e-mall adresi: Mehebbetteacher@gmail.com
Plan
1.GİRİŞ -Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqi
Giriş-Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqi
Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir, şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişləri formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.
Məhz bütün bunları nəzərə alaraq ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır. Məktəb əksər vətəndaşların geniş əlaqə saxladığı əsas ictimai inistitutdur. Müvafiq hazırlığı olsada, olmasa da, müəllimlər şagirdləri öz cəmiyyətində məhsuldar, yoldaşlıq və sülh şəraitində yaşamağa hazırlamalı olurlar. Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqument tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Məktəbdə uşaqlara elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda azadlığın nə olduğunu bilsinlər.
Şagirdlərdə özünə inam hisi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur. Müasir təlim metodları və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.
Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbüsskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər.
Dostları ilə paylaş: |